• $
  • £

"Bakıda tribunalardan dəmir pullar atıb futbolçuların başlarını yarırdılar"

29.05.2020 05:19
Məni "Neftçi"yə uzun müddət buraxmırdılar. Məsələ Moskva Avtomobil Zavodunun direktoru Pavel Borodin və Azərbaycan rəhbərliyi transfer məbləğimdə razılığa gəldikdən sonra həllini tapdı. Çempionatın başlanmasına bir gün qalmış Bakıya gəldim.

Anews.az report-a istinadən xəbər verir ki, bunu keçmiş SSRİ-nin tanınmış qapıçısı Vyaçeslav Çanov "championat.com"a müsahibəsində deyib. 68 yaşlı mütəxəssis Azərbaycanda üzləşdiyi iki hadisədən də danışıb. O, azarkeşlərin tribunalardan meydana dəmir pullar ataraq futbolçuları yaraladıqlarını söyləyib: "Bakıda metro açıldıqdan sonra dəb yaranmışdı: Tribunadan bizim indiki 5 rubl çəkisində olan 5 qəpiklik dəmir pulları meydana atırdılar. Bunları görmək ağır idi. Hərdən başdan qan açılanadək atırdılar. Qonaq komandanın avtobusunun şüşəsini də qıra bilərdilər".

Çanov ən ciddi zədələrindən birini "Neftçi"də ikən aldığını da dilə gətirib: "6 qabırğamı sındırmışdılar. Düzdür, həkimlər bunun qabırğalararası nevralgiya olduğunu dedilər. Hələ üstəlik, temperaturum birdən qalxanadək ağrılarla oynadım. Arıq olduğum halda çəkim artdı. Təkrar müayinə məndə zədəsonrası plevrit aşkarladı. Donetskə yollandım. Yerli həkimlərə silikoz və ciyərlərdəki digər xəstəliklər yaxşı tanışdır. Orada ciyərlərimdən 3 litrədək maye çıxardılar. Həkim gözlərinə inanmırdı: "3 litrlik banka. Yaxşı ki, çürümə verməyib". Mən isə "Onu daim çalxalayırdım" deyə zarafat etdim.

Qeyd edək ki, Vyaçeslav Çanov "Neftçi"də 1985-1986-cı illərdə çıxış edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol