• $
  • €
  • ₽
  • ₺
  • £

Cəfər Cabbarlının ev muzeyi ilə bağlı nazirdən - AÇIQLAMA

Cəfər Cabbarlının ev muzeyi ilə bağlı nazirdən - AÇIQLAMA
29.05.2020 04:18
Cəfər Cabbarlının ev muzeyi dövlət balansında olmadığı üçün biz binanın taleyini ailə yaxınları ilə müzakirə edirik.

Bu sözləri mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, C.Cabbarlının ev muzeyi 2006-cı ildən dövlətə məxsus deyil:

"Həmin ev C.Cabbarlının ailəsi tərəfindən özəlləşdirilib. Bu müddət ərzində binanın təmir-bərpa işləri üçün zəruri tədbirlər həyata keçirilmədiyindən bina yararsız hala düşüb. Lakin binanın dövlət hesabına təmiri üçün o, yalnız dövlət balansında olmalıdır.

2012-ci ildə bina tam yararsız hala düşdüyü üçün binadakı əmlak teatr muzeyinə köçürülüb. Biz bu məsələni ailəsi ilə müzakirə etmişik. Ailə istəyir ki, o evin yerində yeni ev tikilsin və evin birinci mərtəbəsi C.Cabbarlının ev muzeyi edilsin.

Bu təcrübə mövcuddur. Ə.Əzimzadənin də ev muzeyinin hazırlanması bu şəkildə aparılıb. Biz özümüz də həmin binanın vəziyyətindən narahatıq. Çünki Mədəniyyət Nazirliyinin səlahiyyətində binanı tikmək, dağıtmaq yoxdur.

Aidiyyəti orqanlar və mütəxəssislər araşdırma aparmalı və hansı istiqamətdə işlərin görülməsinə rəy verməlidir. Ümid edirəm ki, C.Cabbarlının ev muzeyində ən qısa zamanda bərpa işləri görüləcək”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol