• $
  • £

Azərbaycan - Litva oyununda hesab açılmadı

Azərbaycan - Litva oyununda hesab açılmadı
29.05.2020 05:18

Azərbaycan milli komandası bu gün növbəti oyununa çıxıb.

Martın 21-də "AVRO-2020"nin seçmə mərhələsinin ilk oyununda Xorvatiyaya 1:2 hesabı ilə yenilən millimiz bu dəfə yoldaşlıq oyunu keçlirib və doğma meydanda Litva ilə qarşılaşıb. Millimizin yeni baş məşqçisi Nikola Yurçeviçin üçün ikinci sınaq olan qarşılaşma 0:0 hesabı ilə yekunlaşıb.


Qeyd edəkk ki, bu Azərbaycan və Litva milliləri arasında 3-cü qarşılaşma olub. Komandalar ilk dəfə 1998-ci ilin iyun ayının 26-da Estoniyada üz-üzə gəlib və millimiz qələbə qazanıb 2:1. İkinci görüş 2008-ci ilin 26 martında Vilnüsdə baş tutub və bu dəfə litvalılar 1:0 hesablı qələbəyə sevinib. İlk oyunda komandamıza Vaqif Sadıqov, ikincidə Nazim Süleymanov başçılıq edib.


Bu milli komandamızın keçirdiyi 123-cü yoxlama oyunu kimi tarixə düşüb. Millimiz 123 qarşılaşmadan 33-də qələbə qazanıb, 48-də uduzub və 41 dəfə meydanı "sülh"lə tərk edib. Top fərqində də rəqiblərin üstünlüyü var - 112:155. 
 
Yoldaşlıq oyunu


25 mart
Azərbaycan - Litva 0:0
Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev (8. Emin Mahmudov, 85), 5. Maksim Medvedev (k), 6. Bədavi Hüseynov, 7. Araz Abdullayev (10. Mahir Mədətov, 64), 11. Ramil Şeydayev, 14. Eddi İsrafilov (19. Əli Babayev, 75), 16. Rüfət Dadaşov (9. Namik Ələskərov, 65), 18. Anton Krivotsyuk, 20. Riçard Almeyda (13. Dmitri Nazarov, 46), 21. Təmkin Xəlilzadə (22. Mirabdulla Abbasov, 89). 
Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Şahruddin Məhəmmədəliyev, 3. Şəhriyar Rəhimov, 4. Rahil Məmmədov, 15. Ömər Buludov.
Baş məşqçi: Nikola Yurçeviç.

Litva: 1. Emiliyus Zubas (12. Dziugas Bartkus, 46), 2. Linas Klimaviçius, 3. Marrus Palionis, 8. Eqidiyus Vaitkunas (4. Vitautas Andriuskeviçius, 88), 10. Paulius Qolubikas (6. Justinas Marazas, 62), 11. Arvidas Novikovas (17. Mantas Kuklis, 82), 14. Vikintas Slivka, 18. Modestas Vorobyovas, 21. Neriyus Valskis (15. Deimantas Petravicius, 46), 22. Fyodor Çernıx (k) (13. Saulius Mikoliunas, 66), 23. Rolandas Baravikas. 
Ehtiyat oyunçular: 16. Ernestas Setkus, 5. Alqis Yankauskas, 9. Donatas Kazlauskas, 20. Rimvidas Sadauskas.
Baş məşqçi: Valdas Urbonas.
Sarı vərəqələr: Dmitri Nazarov, 67. Maksim Medvedev, 83 - Modestas Vorobyovas, 18. Saulius Mikoliunas, 75. Justinas Marazas, 88.


Hakimlər: Feşnik Horatiu, Avram Valentin, Çerey Aleksandru (Rumıniya), Orxan Məmmədov (Azərbaycan).
"Bakcell Arena".





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol