Parisdə kiçik Azərbaycan - FOTOLAR
Parisin San-Sülpis meydanında Heydər Əliyev Fondu tərəfindən “Azərbaycan şəhərciyi” təşkil olunub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.“Azərbaycan şəhərciyi” ölkəmizin tarixi və mədəniyyəti, o cümlədən turizm imkanlarının tərənnümünə həsr olunan müxtəlif sərgiləri özündə birləşdirir. Şəhərciyin təşkil olunmasında əsas məqsəd xaricdə Azərbaycanın daha yaxşı tanıdılması, Fransada və onun paytaxtında bununla bağlı təbliğat xarakterli tədbirlərin davamlılığını təmin etməkdir. Heydər Əliyev Fondunun budəfəki təşəbbüsü də məhz bu məqsədə xidmət edir.Sərginin açılışında çıxış edən Parisin 6-cı rayonunun meri Jan- Pyer Lökoq 10 gün ərzində parislilərin Azərbaycan və onun zəngin mədəniyyəti haqqında dolğun məlumat ala biləcəklərini bildirib. Ölkəmizin sürətlə inkişaf etdiyini deyən mer son illərdə Azərbaycanın birinci xanımının təşəbbüsü ilə xaricdə bir çox tədbirlərin keçirildiyini, bu sərginin də onların davamı olduğunu qeyd etdi.ANN.Az