• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvanda 50 abidənin pasportu hazırlanacaq


Naxçıvanda 50 abidənin pasportu hazırlanacaq
21.11.2025 11:14

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması işlərinə başlayıb.

Bu barədə Dövlət Xidmətindən bildirilib.

Bu məqsədlə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutunun mütəxəssisləri Naxçıvan Muxtar Respublikasına ezam edildiyi qeyd olunub. Görülən işlər çərçivəsində abidələrin dəqiq memarlıq ölçmə cizgiləri hazırlanacaq, mövcud vəziyyəti qeydə alınacaq, fotofiksasiya aparılacaq, coğrafi koordinatları müəyyən ediləcək, tarixi arayışları tərtib olunacaq, arxiv materialları araşdırılacaq və digər zəruri tədbirlər həyata keçiriləcək.
Pasportların hazırlanması “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025-2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planına uyğun olaraq icra edilir.

Pasportlaşdırılacaq abidələr arasında Naxçıvan şəhərində yerləşən Möminə Xatun (1186–1187) və Yusif ibn Kuseyir (1161–1162) türbələri, İsmayılxan hamamı (XVIII əsr), Ordubad şəhərindəki Buzxana, Came məscidi və Mədrəsə (XVIII əsr), Culfa rayonunda Gülüstan türbəsi (XIII əsr) və Xanəgah memarlıq kompleksi, Kəngərli rayonunda Qarabağlar Memarlıq Kompleksi (XII–XIV əsrlər) kimi dünya və ölkə əhəmiyyətli memarlıq nümunələri də yer alır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Mədəniyyət 12:32
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Mədəniyyət 18:56
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol