• $
  • £

"Hercai" serialının baş qəhrəmanı erməni imiş

29.05.2020 04:31
Türkiyədə son aylarda izlənmə rekordu qıran "Hercai” serialının baş rol ifaçısı Ebru Şahinin erməni əsilli olduğu üzə çıxıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı aktrisanın ana tərəfinin erməni olduğu iddia edilib.
Məlumat üçün bildirək ki, "İstanbullu gəlin” serialında Burcu xarakteri ilə məşhurlaşmağa başlayan film ulduzu İstanbul Universitetinin İdman fakütləsində təhsil alıb. O, idman təhsilini başa vurduqdan sonra aktyorluq kurslarına yazılıb:
"İstanbul Universitetinin İdman Elmləri fakültəsinin məzunuyam, ancaq ağlımla hisslərimi eyni tərəziyə qoyduğum andan etibarən aktyorluqla məşğul olmağa qərar verdim. Teatr həyatıma çox kiçik yaşlarda girdi. Xəyalımda olmaq istədiyim peşə də bu idi. Sadəcə bu qərarımı reallaşdırmaq bir az vaxt apardı. Özümlə bağlı heç bir şübhəm yox idi. Onsuz da oxuduğum fakültə ixtisas üzrə idi. Həm idman idarəçiliyi, həm idman müxbirliyi üzrə oxuyur, həm də məşq edirdim. Aktyorluq Türkiyədə "Bəlkə alındı” məntiqi ilə işlədiyi üçün bu yola əminliklə çıxmaq bir az çətin oldu. Amma sevdiyin bir şeyin arxasınca getmək üçün risk etməyə dəyər.

11 yaşımdan bəri lisenziyalı yürüşçüyəm. İdman etmədiyim günlər özümü rahat hiss etmirəm. Fit qalmaq üçün artıq idman edirəm. Pole rəqsi ilə maraqlanıram. Onun xaricində hər gün yoqa edirəm, evdə də fitneslə məşğul oluram. Mümkün qədər çox istiqamətli olmağa çalışıram. Amma idmanla bağlı karyera qurmaq haqqında düşünmürəm. Sənət eşqim, idman məhəbbətimdən üstün oldu. Həyatda prioritetlərimizi müəyyən etdiyimiz bir an olur. Mənim də tamamilə özümü aid hiss etdiyim peşə aktyorluqdur".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
Mədəniyyət 23:30
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib
Mədəniyyət 14:19
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib
SAYBU karyerasının 10-cu ilində ilk albomunu təqdim edib — “Məcnun”
Mədəniyyət 17:12
SAYBU karyerasının 10-cu ilində ilk albomunu təqdim edib — “Məcnun”
Azərbaycan idmançıları iyulda beynəlxalq yarışlarda 206 medal qazanıblar
Mədəniyyət 13:07
Azərbaycan idmançıları iyulda beynəlxalq yarışlarda 206 medal qazanıblar
Milli Kitabxanada Azərbaycan Kinosu Günü ilə bağlı virtual kitab sərgisi təqdim olunub
Mədəniyyət 20:00
Milli Kitabxanada Azərbaycan Kinosu Günü ilə bağlı virtual kitab sərgisi təqdim olunub
Nəriman Həsənzadə dəfn edilib - Yenilənib
Mədəniyyət 12:26
Nəriman Həsənzadə dəfn edilib - Yenilənib
Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından üç il ötür
Mədəniyyət 16:23
Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından üç il ötür
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Cəmiyyət 15:10
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Nəriman Həsənzadə ilə vida mərasiminin yeri və vaxtı açıqlanıb
Cəmiyyət 11:22
Nəriman Həsənzadə ilə vida mərasiminin yeri və vaxtı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol