• $
  • £

Azərbaycanda pensiyaların minimum məbləği 200 manata çatdırılır- ARTIM 660 MİN NƏFƏRİ ƏHATƏ EDƏCƏK

Azərbaycanda pensiyaların minimum məbləği 200 manata çatdırılır- ARTIM 660 MİN NƏFƏRİ ƏHATƏ EDƏCƏK
19.06.2019 12:24
Azərbaycanda pensiyaların minimum məbləği 200 manata çatdırılır: Artım 660 min nəfəri əhatə edəcək

Ölkə Prezidenti İlham Əliyevin yeni qanunvericilik təşəbbüsü olaraq, əmək pensiyasının minimum məbləğinin 25 faiz artırılaraq cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılması nəzərdə tutulur.

Anews.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən xəbərə görə, təşəbbüsə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair qanunvericilik layihəsi hazırlanaraq artıq Milli Məclisə təqdim olunub.Minimum pensiya məbləğinin artırılması ümumilikdə 660 min pensiyaçını əhatə edəcək. Artımın edilməsi üçün illik 216 milyon manat, cari il  (oktyabr-dekabr ayları) üzrə 62 milyon manat əlavə vəsait yönəldiləcək.

Bu artım Prezident İlham Əliyevin təşəbbüsü ilə cari il ərzində əmək pensiyasının minimum məbləğinin artırılması istiqamətində atılan artıq ikinci mühüm addımdır. Bundan əvvəl də dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında pensiyanın minimum məbləği cari il martın 1-dən orta hesabla 40 faizədək artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmış, həmin artım ümumilikdə 233 min pensiyaçını əhatə etmişdi.
Beləliklə, təkcə bu il ərzində Azərbaycanda minimum pensiyanın məbləğində 72,4 faiz artım edilməklə, bu məbləğin 116 manatdan 200 manata çatdırılması təmin edilib.
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər


Ötən il Azərbaycanda 5 min tona yaxın bal istehsal olunub
İqtisadiyyat 16:20
Ötən il Azərbaycanda 5 min tona yaxın bal istehsal olunub
ABB-nin dəstəyi ilə II QadınLiderləri Zirvəsi keçirildi
İqtisadiyyat 16:09
ABB-nin dəstəyi ilə II QadınLiderləri Zirvəsi keçirildi
Azercell-in dəstəyi ilə “FutureFem 2.0” layihəsinə start verilib
İqtisadiyyat 15:26
Azercell-in dəstəyi ilə “FutureFem 2.0” layihəsinə start verilib
Azərbaycan iqtisadiyyatı böyüyüb
İqtisadiyyat 13:24
Azərbaycan iqtisadiyyatı böyüyüb
İki ayda qeyri-neft sektoru üzrə ixrac gəlirləri artıb
İqtisadiyyat 11:53
İki ayda qeyri-neft sektoru üzrə ixrac gəlirləri artıb

Sosial ödənişin hamısı sabah ödəniləcək
İqtisadiyyat 11:45
Sosial ödənişin hamısı sabah ödəniləcək
Birbanklılar üçün daha bir üstünlük: artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur
İqtisadiyyat 10:46
Birbanklılar üçün daha bir üstünlük: artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur
Yaponiya Yaxın Şərqdəki gərginlik fonunda 80 milyon barel neft ehtiyatını bazara buraxacaq
İqtisadiyyat 09:41
Yaponiya Yaxın Şərqdəki gərginlik fonunda 80 milyon barel neft ehtiyatını bazara buraxacaq

Azərbaycan neftinin qiyməti 95 dolları keçib
İqtisadiyyat 09:40
Azərbaycan neftinin qiyməti 95 dolları keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol