• $
  • £

Bank Respublika və INNOLAND ölkədə ilk dəfə olaraq Açıq QAPI layihəsinə qeydiyyata başlayır

Bank Respublika və INNOLAND ölkədə ilk dəfə olaraq Açıq QAPI layihəsinə qeydiyyata başlayır
09.09.2019 16:26
Bank Respublika və  Azərbaycan Respublikasının Prezidenti  yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə ölkədə ilk dəfə olaraq fintex-startuplar üçün "Open Banking Lab” layihəsinə qeydiyyata başlayır:
 
İnkubasiya proqramında iştirak meyarları aşağıdakı kimidir:
·         Komanda ən azı 2 nəfərdən ibarət olmalıdır.
·         Layihəniz startap konsepsiyasına uyğun olmalıdır.
·         Komanda üzvlərindən ən azı 1 nəfər inkubasiya proqramında daimi iştirak etməlidir. İnkubasiyada daimi iştirak edəcək komanda üzvü ingilis dilini bilməlidir. Qalan komanda üvzlərinin ingilis dilini bilməsi üstünlük hesab ediləcək.
·         Məhsul müəyyən bazar seqmentinə aid olmalıdır.
·         Hər bir layihənin təqdimatı hazır olmalıdır.
·         İxrac bazarını araşdırmalı və yeni bazarlara daxil olmaq üçün hazırlıqlı olmalıdır.
 
Layihədə iştirak etmək istəyənlər 04 oktyabr 2019-cu il tarixinə kimi aşağıdakı linkə daxil olub qeydiyyatdan keçə bilərlər:
http://openbanking.innoland.az
İlkin seçmə mərhələsini keçən fintex-startaplar İnkubasiya proqramında iştirak edərək qabaqcıl ekspertlərin iştirakı ilə təlim keçə biləcəklər. Eyni zamanda, fərqlənən iştirakçılara ölkədə ilk dəfə olaraq "Bank Respublika” ASC-nin maliyyə xidmətlərinə qoşulmaq üçün test rejimində olan Açıq API interfeysinə çıxış veriləcəkdir.
 
16 həftə davam edəcək layihə çərçivəsində fintex-startapçılar fərdi və ya komanda şəklində öz ideyalarını təqdim edə biləcəklər.
 
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər


Ötən il Azərbaycanda 5 min tona yaxın bal istehsal olunub
İqtisadiyyat 16:20
Ötən il Azərbaycanda 5 min tona yaxın bal istehsal olunub
ABB-nin dəstəyi ilə II QadınLiderləri Zirvəsi keçirildi
İqtisadiyyat 16:09
ABB-nin dəstəyi ilə II QadınLiderləri Zirvəsi keçirildi
Azercell-in dəstəyi ilə “FutureFem 2.0” layihəsinə start verilib
İqtisadiyyat 15:26
Azercell-in dəstəyi ilə “FutureFem 2.0” layihəsinə start verilib
Azərbaycan iqtisadiyyatı böyüyüb
İqtisadiyyat 13:24
Azərbaycan iqtisadiyyatı böyüyüb
İki ayda qeyri-neft sektoru üzrə ixrac gəlirləri artıb
İqtisadiyyat 11:53
İki ayda qeyri-neft sektoru üzrə ixrac gəlirləri artıb

Sosial ödənişin hamısı sabah ödəniləcək
İqtisadiyyat 11:45
Sosial ödənişin hamısı sabah ödəniləcək
Birbanklılar üçün daha bir üstünlük: artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur
İqtisadiyyat 10:46
Birbanklılar üçün daha bir üstünlük: artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur
Yaponiya Yaxın Şərqdəki gərginlik fonunda 80 milyon barel neft ehtiyatını bazara buraxacaq
İqtisadiyyat 09:41
Yaponiya Yaxın Şərqdəki gərginlik fonunda 80 milyon barel neft ehtiyatını bazara buraxacaq

Azərbaycan neftinin qiyməti 95 dolları keçib
İqtisadiyyat 09:40
Azərbaycan neftinin qiyməti 95 dolları keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol