• $
  • €
  • ₽
  • ₺
  • £

Məcburi köçkünlər ilk yardım üzrə təlimə cəlb olunublar

Məcburi köçkünlər ilk yardım üzrə təlimə cəlb olunublar
12.09.2019 16:46
Sentyabrın 11-12-də Dağlıq Qarabağın işğaldan azad edilmiş ərazisində, hazırda Tərtər rayonunun inzibati vahidi olan Şıxarx qəsəbəsində ilk yardım üzrə bilik və bacarıqların yayılması məqsədilə iki günlük təlimlər keçirilib. Təlimlər Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən təşkil edilib.

Maarifçilik xarakteri daşıyan və ilk yardım üzrə sertifikatlaşdırılmış təlimatçıların ehtiyat dəstəsinin yaradılmasını nəzərdə tutan tədbir Ümumdünya İlk Tibbi Yardım Gününə həsr olunub. Belə ki, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının üzvü olan milli təşkilatların təşəbbüsü ilə 2000-ci ildən başlayaraq hər il sentyabr ayının ikinci şənbə günü Ümumdünya İlk Tibbi Yardım Günü (World First Aid Day) kimi qeyd edilir.

Təlimlərə məcburi köçkün icmalarının orta məktəb müəllimləri və şagirdləri, səhiyyə işçiləri, ərazi icra hakimiyyətinin nümayəndələri, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları cəlb olunublar. AzQAC-ın və BQXK-nın lazımi avadanlıq və materiallarla təmin etdiyi təlimləri ixtisaslı və səriştəli təlimçilər aparıblar. Təlim proqramına nəzəri məsələlər, praktiki nümayiş və məşğələlər daxildir. İlk yardımın məqsədi zərərgörənin həyatını xilas etmək, ağrılarını yüngülləşdirmək və vəziyyətinin ağırlaşmasının qarşısını almaq üçün adi və zəruri tibbi tədbirlərin görülməsidir. Həyat göstərir ki, ilk tibbi yardım göstərilməsini tələb edən vəziyyət qəfildən, vaxt çatışmazlığı və əksər hallarda tibb təhsilli adamların olmadığı bir şəraitdə yaranır. Hər saniyənin qiymətli olduğu belə vəziyyətlərdə hadisə yerindəki adamlar vahiməyə düşmədən tez və qətiyyətli hərəkət etməlidirlər.

Xatırladaq ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi birinci dəfə Müdafiə Nazirliyinin dəstəyi ilə bu ilin aprel ayının 8-də də Şıxarxda məcburi köçkünlər üçün ilk yardım göstərilməsi üzrə təlim təşkil edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə qaz kəsiləcək
Cəmiyyət 23:52
Bu ərazilərdə qaz kəsiləcək
Sabah bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 22:16
Sabah bu ərazilərdə işıq olmayacaq
Sabunçuda yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 21:38
Sabunçuda yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Lerikdə iki yol qəzasında üç nəfər xəsarət alıb
Cəmiyyət 20:30
Lerikdə iki yol qəzasında üç nəfər xəsarət alıb
"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" təsdiq edilib
Cəmiyyət 18:55
"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" təsdiq edilib
Sabah Masallının 5 kəndində qaz olmayacaq
Cəmiyyət 18:08
Sabah Masallının 5 kəndində qaz olmayacaq

Qaradağda ağır qəza -4 nəfər ölüb
Cəmiyyət 17:11
Qaradağda ağır qəza -4 nəfər ölüb

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub
Cəmiyyət 15:18
Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub
Hicran Hüseynova: Bəzi şəxslərə pulsuz hüquqi və vəkil xidməti göstəriləcək
Cəmiyyət 15:04
Hicran Hüseynova: Bəzi şəxslərə pulsuz hüquqi və vəkil xidməti göstəriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol