Şəhərlərdə beş yaşına çatmayan qızların ölüm sayı artıb
Azərbaycanda şəhər yerlərində beş yaşadək qız uşaqlarının hər 1 000 diri doğulana düşən ölüm göstəricisi 2025-ci ildə 17,7-dən 20,3-ə yüksəlib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Oğlanlar üzrə göstərici də artaraq 20,1-dən 21,6-ya çatıb. Kənd yerlərində isə həm qızlar, həm də oğlanlar arasında bu göstərici azalıb.
Ölkə üzrə beş yaşadək qız uşaqlarının hər 1 000 diri doğulana düşən ölüm sayı 2024-cü ildəki 15,9-dan 2025-ci ildə 16,2-yə yüksəlib.
Oğlanlar üzrə isə göstərici 18,1-dən 17,8-ə enib.
Kənd yerlərində beş yaşadək qız uşaqlarının ölüm göstəricisi 14,2-dən 12,4-ə, oğlanlar üzrə isə 16,2-dən 14,5-ə düşüb.
Gülnar Nazimqızı