• $
  • €
  • ₽
  • ₺
  • £

“Bank Respublika”nın beynəlxalq bankçılıq sahəsində növbəti uğuru

“Bank Respublika”nın beynəlxalq bankçılıq sahəsində növbəti uğuru
02.10.2019 11:43
Uzun fasilədən sonra daha bir böyük beynəlxalq maliyyə təşkilatı Azərbaycan maliyyə bazarına Bank Respublika ilə qayıtdı! Bank Respublika Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə valyuta üzrə svop-sazişi imzalayıb.

Bu saziş, banka müştərilərini valyuta risklərindən sığortalamağa və yerli valyutada maliyyə mənbələrinə çıxış imkanlarını asanlaşdırmağa şərait yaradacaq. Müqaviləyə əsasən, Bank Respublika və IFC, valyuta svopu üzrə əməliyyatları Beynəlxalq Svop və Derivativlər Assosiasiyasının (ISDA) Təməl Müqaviləsinin şərtlərinə uyğun olaraq həyata keçirəcəklər. Bu, banka ABŞ dolları ilə denominasiya edilmiş vəsaitlərinin hedcinqini, bununla da aktivlərin və öhdəliklərin daha yaxşı idarə edilməsini mümkün edəcək. Valyuta svopu əməliyyatları həyata keçirərək, Bank Respublika müştəriləri üçün uzunmüddətli maliyyə resurslarına çıxışı yaxşılaşdıracaq, yerli müəssisələrə böyüməyə və iş yerləri açmağa kömək edəcək.
 


"Mikro, kiçik və orta sahibkarlıq seqmentlərində Azərbaycan maliyyə bazarının liderlərindən biri olan Bank Respublika, öz müştərilərini dəstəkləyərək, onları ölkə iqtisadiyyatının inkişafına töhvə verməsinə təşviq edir. IFC ilə imzalanmış saziş bankımıza müştərilərimizi yerli valyutada sərfəli şərtlərlə maliyyələşdirilməsini genişləndirməyə imkan verəcəkdir”, deyə "Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.

"Biz bundan sonra da Azərbaycana özəl sektorun imkanlarından istifadə etməkdə köməklik göstərməyə davam edəcəyik və bizim çoxdankı tərəfdaşımız olan Bank Respublika ilə bağlanmış müqavilə bu strategiyanın tərkib hissəsidir. Bu strategiya eyni zamanda qeyri-neft sektorunun artımını təmin etmək üçün Azərbaycanın ölkə iqtisadiyyatının şaxələndirilməsinə yönəlmiş səyləri ilə üst-ustə düşür”, deyə IFC-nin iqtisadiyyat və özəl sektorun inkişafı üzrə vitse-prezidenti Hans Piter Lankes vurğulayıb.
 
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
 
IFC haqda ətraflı məlumat almaq üçün sayta müraciət edə bilərsiniz: www.ifc.org
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ünvanlı sosial yardımın adambaşına düşən məbləği 11% azalıb - rəsmi
İqtisadiyyat 15:40
Ünvanlı sosial yardımın adambaşına düşən məbləği 11% azalıb - rəsmi
Доходы сводного бюджета достигли 36,7 млрд
İqtisadiyyat 12:45
Доходы сводного бюджета достигли 36,7 млрд

Azərbaycanın xarici dövlət borcu azalıb
İqtisadiyyat 11:25
Azərbaycanın xarici dövlət borcu azalıb
Əhalinin nominal gəlirləri 72,7 milyard manata çatıb
İqtisadiyyat 11:19
Əhalinin nominal gəlirləri 72,7 milyard manata çatıb
Azərbaycan iqtisadiyyatı 1,5 % böyüyüb
İqtisadiyyat 11:05
Azərbaycan iqtisadiyyatı 1,5 % böyüyüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:25
Avro və rubl bahalaşıb - məzənnə
AYB üzvlük haqqını ödəməyənlərlə bağlı xəbərdarlıq edib
İqtisadiyyat 15:55
AYB üzvlük haqqını ödəməyənlərlə bağlı xəbərdarlıq edib
ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim etdi!
İqtisadiyyat 12:47
ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim etdi!
Azərbaycan rifah göstəricisinə görə 133 ölkə arasında 57-ci yerdədir
İqtisadiyyat 11:52
Azərbaycan rifah göstəricisinə görə 133 ölkə arasında 57-ci yerdədir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol