• $
  • €
  • ₽
  • ₺
  • £

9 ayda velosipedçilərin vurulması ilə nəticələnən 16 qəza baş verib

9 ayda velosipedçilərin vurulması ilə nəticələnən 16 qəza baş verib
09.10.2026 13:52

Azərbaycanda 2026-cı ilin ilk doqquz ayında velosipedçilərin vurulması ilə nəticələnən 16 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələr nəticəsində 9 nəfər ölüb, 8 nəfər xəsarət alıb. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

BDYPİ xüsusilə respublika əhəmiyyətli avtomobil yollarının kənarındakı yaşayış məntəqələrində velosipedlə hərəkət edən şəxsləri ehtiyatlı olmağa çağırıb.

Qaranlıqda və məhdud görünmə şəraitində lazımi təhlükəsizlik tədbirləri görülmədən, eləcə də texniki cəhətdən nasaz velosipedlə yüksək sürətli yollara çıxmağın qəza riskini artırdığı vurğulanıb.

Qanunvericiliyə əsasən, velosipedlərin avtomagistrallarda hərəkəti qadağandır. Velosipedçilər xüsusi velosiped zolağı ilə, belə zolaq olmadıqda isə yolun hərəkət hissəsinin kənarı və ya yol çiyini ilə hərəkət etməlidirlər. Velosiped texniki cəhətdən saz və lazımi avadanlıqla təchiz olunmalı, idarəetməyə mane olan yük və ya sərnişin daşınmamalıdır.

BDYPİ velosipedçiləri və digər ikitəkərli nəqliyyat vasitələrinin sürücülərini qaydalara ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmamağa çağırıb.

Gülnar Nazimqızı 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol