• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

Minlərlə azərbaycanlı Tərtər istiqamətində təmas xəttinə yürüş etdi - VIDEO

Minlərlə azərbaycanlı Tərtər istiqamətində təmas xəttinə yürüş etdi - VIDEO
17.10.2019 12:18
Ötən gün Tərtər rayonunda minlərlə azərbaycanlı dinc sakin "Qarabağ Azərbaycandır” şüarı ilə təmas xəttinə doğru yürüş edib.

Anews.az xəbər verir ki, yürüş barədə video sosial şəbəkələrdə yayılıb. Oradan isə kadrlara erməni KİV-ləri yer veriblər. Dağlıq Qarabağdakı separatçı rejimi "kadrların köhnə ola biləcəyini” bildirib.

Lakin kadrlardan aydın olur ki, yürüş ötən gün oktyabrın 16-da baş tutub. "Bu gün oktyabrın 16-da Tərtər rayonunda bütün tələbələr və rayon əhalisi Qarabağa yürüş keçirdi. Qarabağın azad olunmasına görə hamımız səfərbər olunduq. Qarabağın azadlığı yolunda hər kəs canından keçməyə hazırdır. Əhali bir ucdan gəlir, Tərtər rayonunda əhali qalmayıb, hamısı buradadır...”,-yürüşü mobil telefonla videokameraya çəkən yerli sakin kadr arxasından bildirir.

Xatırladaq ki, bu günlərdə Azərbaycan prezidenti İlham Əliyev Soçidə, "Valday” klubunun yığıncağında çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndində səsləndirdiyi "Qarabağ Ermənistandır, nöqtə” bəyanatına cavab verib. "Qarabağ Azərbaycandır, nida işarəsi!”,-İlham Əliyev bildirib.(virtualaz.org)

www.anews.az<
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Azərbaycan XİN Rusiyadan  Bakıda
Siyasət 15:22
Azərbaycan XİN Rusiyadan Bakıda "Rus evini" bağlamağı tələb edib
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Siyasət 15:16
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Siyasət 17:26
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
Siyasət 14:00
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var -  Reuters
Siyasət 21:23
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Siyasət 12:15
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Siyasət 18:10
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol