• $
  • £

Əməkdar artist canlı efirdə Zaur Kamalı hədələdi: "Özünü yığışdır"

Əməkdar artist canlı efirdə Zaur Kamalı hədələdi:
27.10.2019 11:16
Əməkdar artist Yusif Mustafayev aparıcı Zaur Kamalın ünvanına qalmaqal yaradacaq sözlər deyib.

Redaktor.az axşam.az-a istinadən bildirir ki, müğənni Zaurun onun evinin görüntülərini yaymasına əsəbiləşib. Mustafayev "Səhər-səhər" verilişində aparıcını hədələyib:

"Çox evim yoxdur... Bir dənə evim var, iki mərtəbədir və 22 adam yaşayır. Bunu böyüdüb, ediblər dəhşət bir şey. Əziyyət çəkmişəm, qazanmışam və ev tikmişəm. Oğlanlar var ki, məndən də imkanlıdır, amma evi yoxdur.

Evimi çəkib verənə lənət olsun. Söz tapmırlar danışmağa. Deyirlər, get onu məhkəməyə ver ki, icazəsiz evini çəkib. Etmirəm, lazım deyil. Mənim villamdan danışana o gün biri yaxşı cavab verdi. Qayıtdı ki, sən 35 mini götürüb, istirahətə gedirsən. Mən xaricə getmirəm, 35 min xərcləmirəm. Bakıda dincəlirəm. Evimi çəkdirən oğlan, özünü yığışdır, sənə ayıb olsun. Get atanın evini çək. İçəri girə bilməyiblər, qələt edirlər. Gəlib, uzaqdan çəkiblər.

Mənim pərdəarxası addımlarım var, canım sağlamdır, amma pulum yoxdur. Xeyriyyəçilik işləri edirəm".

Qeyd edək ki, Zaur Kamal "5/5" verilişində Mustafayevin villasının görüntülərini yayımlayıb. Proqramda yer alan tar ifaçısı Aqşin Taryeloğlu həmin vaxt Zaurun ünvanına "Sən 35 mini götürüb, bir dəfə istirahətə gedirsən" sözlərini demişdi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Mədəniyyət 12:32
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Mədəniyyət 18:56
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Gələcəyin dizaynı - ənənələr və sənətkarlıq rəqəmsal texnologiyalara qarşı...
Mədəniyyət 10:24
Gələcəyin dizaynı - ənənələr və sənətkarlıq rəqəmsal texnologiyalara qarşı...
Züleyxa Hacıyeva vəfat edib
Mədəniyyət 21:48
Züleyxa Hacıyeva vəfat edib
Vest-Hollivudda azərbaycanlı rəssamların iştirakı ilə "Nazım & Friends" sərgisi açılıb
Mədəniyyət 15:42
Vest-Hollivudda azərbaycanlı rəssamların iştirakı ilə "Nazım & Friends" sərgisi açılıb
Mehriban Əliyeva Bişkekdə Qırğızıstan mədəniyyəti sərgisində olub
Mədəniyyət 16:00
Mehriban Əliyeva Bişkekdə Qırğızıstan mədəniyyəti sərgisində olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol