• $
  • €
  • ₽
  • ₺
  • £

Mərkəzi Bank 1 milyar manat xərcə düşdü

Mərkəzi Bank 1 milyar manat xərcə düşdü
11.08.2014 22:45
Ölkədə manatın məzənnəsi 0,03% möhkəmlənib.2014-cü ilin I yarımilliyi ərzində Azərbaycanın tədiyə balansında profisitin mövcud olması şəraitində valyuta bazarında təklif tələbi üstələyib.Oxu.Az Marja-ya istinadən xəbər verir ki, Mərkəzi Bankın 2014-cü ilin yanvar-iyun ayları üzrə “Pul Siyasəti İcmalı”nda qeyd olunana görə, bu şəraitdə məzənnənin möhkəmlənməsinin qarşısını almaq üçün Mərkəzi Bank tərəfindən cari ilin birinci yarısında 967 mln. ABŞ dolları həcmində valyuta sterilizasiyası (Valyuta müdaxiləsi) həyata keçirilib. Müqayisə üçün qeyd edək ki, 2013-cü il ərzində valyuta sterilizasiyası 1 milyard 209 milyon dollar təşkil edib.Nəticədə, dövr ərzində manatın ABŞ dollarına qarşı məzənnəsi demək olar ki, dəyişməmiş və cəmi 0,03% möhkəmlənib. Manatın nominal ikitərəfli məzənnəsinin dinamikası real ikitərəfli məzənnələrin dəyişməsinə təsir göstərib. Beləki, manatın ikitərəfli nominal və real məzənnələri Ukrayna, Gürcüstan, Qazaxıstan, Çin və İsveçrə milli valyutalarına nəzərən möhkəmlənmiş,  Avrozona, ABŞ, Türkiyə, Rusiya, İran, Yaponiya, İsrail, Belarus, Cənubi Koreya valyutalarına nəzərən manat real olaraq ucuzlaşıb.2014-cü ilin I yarımili ərzində qeyri-neft sektoru üzrə nominal effektiv məzənnə (ümumi ticarət dövriyyəsi üzrə) 5,1% bahalaşıb. Aparılmış model qiymətləndirmələrə 2 görə NEM-in 1% möhkəmlənməsi istehlak qiymətlərini 0,28% bəndi azaldır.Qeyd edək ki, valyuta müdaxiləsi Mərkəzi Bank tərəfindən valyuta bazarında həyata keçirilən xarici valyutanın alqı-satqısı əməliyyatıdır. Mərkəzi Bank valyuta bazarında satışlar həyata keçirərkən özünün sərəncamında olan xarici valyuta ehtiyatlarından istifadə edir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Kamboca çərçivə sazişi imzalayacaq
İqtisadiyyat 12:43
Azərbaycan və Kamboca çərçivə sazişi imzalayacaq
Sabah Bakıda 26 dərəcə isti gözlənilir
İqtisadiyyat 12:17
Sabah Bakıda 26 dərəcə isti gözlənilir
İlham Əliyev Kambocanın baş naziri ilə görüşüb
İqtisadiyyat 11:42
İlham Əliyev Kambocanın baş naziri ilə görüşüb
Orta aylıq əməkhaqqı 1173 manata yüksəldi
İqtisadiyyat 11:20
Orta aylıq əməkhaqqı 1173 manata yüksəldi
Kamboca Baş naziri Bakıya gəlib
İqtisadiyyat 10:29
Kamboca Baş naziri Bakıya gəlib
Brent 103,37, WTI 90,29 dollara endi
İqtisadiyyat 09:51
Brent 103,37, WTI 90,29 dollara endi
Qızıl 4 222, gümüş 61,36 dollara çatdı
İqtisadiyyat 09:46
Qızıl 4 222, gümüş 61,36 dollara çatdı
Dollar 1,70, avro 1,9053 manat oldu
İqtisadiyyat 09:30
Dollar 1,70, avro 1,9053 manat oldu
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:34
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol