• $
  • £

Bakcell Klass abunəçilərinə daha geniş imkanlar yaradan iki yeni tarifini təqdim edir

Bakcell Klass abunəçilərinə daha geniş imkanlar yaradan iki yeni tarifini təqdim edir
11.08.2014 14:46
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti daha 2 yeni tarif vasitəsilə özünün Klass tarifi portfoliosunu genişləndirdiyini məmnuniyyətlə bildirir. Yeni Klass 5* və ya Klass 5*+ tarifləri daha çox danışıq dəqiqələri, SMS, İnternet, üstəlik beynəlxalq zəng və rouminq üçün əlavə fürsətlərdən faydalanmaq istəyən abunəçilər üçün yaradılıb.Klass 5* tarifi üçün cəmi 45 AZN aylıq xidmət haqqı ödəməklə ölkədaxili zənglər üçün 1500 dəqiqə, 1500 SMS, 1500 MB İnternet trafiki, beynəlxalq zənglər üçün 50 dəqiqə və rouminq zəngləri üçün 50 dəqiqə əldə etmək mümkündür.Yeni Klass 5*+ tarifi Bakcell abunəçilərinə daha geniş imkanlar təqdim edir. 95 AZN aylıq xidmət haqqı ödəməklə abunəçilərimiz ölkədaxili zənglər üçün 3500 dəqiqə, 3500 SMS, 3500 MB İnternet trafik, beynəlxalq zənglər üçün 100 dəqiqə və rouminq zəngləri üçün 100 dəqiqə əldə edir.Tarifə qoşulma çox sadə və pulsuzdur. Klass 5* və ya Klass 5*+ tariflərinə qoşulmaq üçün müvafiq olaraq *245#YES və ya *295#YES yığmaq lazımdır.Bundan əlavə, yeni tarif paketlərinin istifadəçiləri pulsuz və ya 50% endirimlə premium nömrə, “28 May Cinema”dan ikinci bileti pulsuz ala bilir, 189 taksi xidmətindən 50%, “Saffron Premium” restoranlarından isə 20% güzəşt və s. kimi bir sıra üstünlüklərdən faydalana biləcəklər. Daha ətraflı məlumatı buradan əldə etmək olar - http://www.bakcell.com/az/klass-2Klass tarifi öz büdcəsinə nəzarət edən və fəal ictimai və peşəkar həyat tərzinə malik insanlar üçün nəzərdə tutulub. Klass öz dost və həmkarlarına daha yaxın olmaq, sərfəli rouminq qiymətlərindən yararlanaraq səyahət etmək və tarifin digər geniş imkanlarından istifadə edərək daima irəlidə olmaq üçün inanılmaz fürsətlər yaradır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimşək çaxır, arabir yağış yağır - Faktiki hava
İqtisadiyyat 10:30
Şimşək çaxır, arabir yağış yağır - Faktiki hava
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:09
Azərbaycan nefti ucuzlaşıb

Bakı Limanında quru yük aşırılması 77% artıb
İqtisadiyyat 16:21
Bakı Limanında quru yük aşırılması 77% artıb
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib
İqtisadiyyat 13:20
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib
Deputat dağ kəndlərində kommunal tariflərin azaldılmasını təklif edir
İqtisadiyyat 13:09
Deputat dağ kəndlərində kommunal tariflərin azaldılmasını təklif edir
Deputat AAYDA-ya çağırış edib - körpü ilə bağlı təcili addımlar atılmalıdır
İqtisadiyyat 13:02
Deputat AAYDA-ya çağırış edib - körpü ilə bağlı təcili addımlar atılmalıdır
Büdcə vəsaitlərinin yaratdığı nəticələr açıqlanmalıdır - deputat
İqtisadiyyat 12:52
Büdcə vəsaitlərinin yaratdığı nəticələr açıqlanmalıdır - deputat
İqtisadi artım proqnozlardan geri qalıb - deputat
İqtisadiyyat 12:43
İqtisadi artım proqnozlardan geri qalıb - deputat
Dövlət borcu ÜDM-in 20,1 faizini təşkil edib - Hesablama Palatası
İqtisadiyyat 12:26
Dövlət borcu ÜDM-in 20,1 faizini təşkil edib - Hesablama Palatası
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol