Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin TEGoVA-ya üzvlüyü ilə bağlı yekun qərar Vyanada veriləcək
Avropa qiymətləndirici birliklərini birləşdirən TEGoVA-nın iyulun 21-də keçirilən iclasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) üzvlüyə qəbulu ilə bağlı müsbət qərar verilib.
Üzvlüyün təsdiqi barədə yekun qərarın oktyabrın 22–24-də Vyanada keçiriləcək Baş Assambleyada qəbul ediləcəyi gözlənilir.
AQC-nin İctimaiyyətlə əlaqələr Departamentinin məlumatına görə, cəmiyyətin nümayəndə heyəti toplantıda iştirak etmək üçün Avstriyanın paytaxtına səfərə hazırlaşır.
TEGoVA Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən qiymətləndirici birlikləri birləşdirir və qiymətləndirmə peşəsinin inkişafı, eləcə də peşə standartlarının təkmilləşdirilməsi istiqamətində çalışır.
AQC-nin üzvlüyü təsdiqlənərsə, bu, cəmiyyətin beynəlxalq peşəkar əlaqələrini genişləndirməyə və Azərbaycanın qiymətləndirmə sektorunun Avropa platformalarında təmsilçiliyinə imkan verəcək.