• $ 1.7
  • € 1.9409
  • ₽ 0.021107
  • ₺ 0.0418
  • £ 2.2433

“Nar” Qusarın Laza kəndini 4G şəbəkəsi ilə təmin etdi

“Nar” Qusarın Laza kəndini 4G şəbəkəsi ilə təmin etdi
29.05.2020 10:02
Azərbaycanın bütün regionlarını yüksəkkeyfiyyətli və sürətli internetlə təmin edən "Nar”, ucqar kəndlərdə belə 4G şəbəkəsini genişləndirir. Mobil operator bu dəfə dəniz səviyyəsindən 1300m yüksəklikdə yerləşən Qusarın Laza kəndini 3G/4G şəbəkəsi ilə təmin edib. Qeyd edək ki, bu, Laza kəndində quraşdırılmış ilk 3G/4G baza stansiyasıdır. İndi Laza kəndində yaşayan sakinlər, eləcə də kəndə gələn turistlər "Nar”ın yüksək sürətli internetindən yararlana biləcəklər.
 
"Nar”, interneti bütün ölkə əhalisi üçün əlçatan etmək məqsədilə Bakı və Abşeron yarımadası ilə yanaşı, regionlarda, şəhər və rayon mərkəzlərində də baza stansiyalarının sayını daim artırır. Bölgələrə xüsusi diqqəti ilə seçilən "Nar” hazırda 53 regionu 4G şəbəkəsi ilə təmin edib. 4G və 3G baza stansiyalarının sayını sürətlə artırmaqla mobil operator, Azərbaycanın ən ucqar kəndlərini belə mobil rabitə xidmətlərilə təmin edir. Aparılan təkmilləşmə işləri nəticəsində 4G şəbəkəsi hazırda ölkə əhalisinin 91,5%-ni, ölkə ərazisnin isə .. %-ni əhatə edir.
 
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8600-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
BMW-nin yarımillik mənfəəti 29% azalıb
İqtisadiyyat 07:50
BMW-nin yarımillik mənfəəti 29% azalıb
Azərbaycanda pul kütləsi 48,5 milyard manata çatıb – Mərkəzi Bank
İqtisadiyyat 16:04
Azərbaycanda pul kütləsi 48,5 milyard manata çatıb – Mərkəzi Bank
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:52
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan qazının Suriyaya ixracına başlanılır
İqtisadiyyat 10:17
Azərbaycan qazının Suriyaya ixracına başlanılır
Azərbaycanda İqtisadi Şuranın növbəti iclası keçirilib
İqtisadiyyat 18:45
Azərbaycanda İqtisadi Şuranın növbəti iclası keçirilib
İyulda dünya üzrə neft qazma qurğularının sayı 1,3% artıb
İqtisadiyyat 16:56
İyulda dünya üzrə neft qazma qurğularının sayı 1,3% artıb
“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
İqtisadiyyat 15:08
“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir

SOCAR yeni istiqrazlarına görə növbəti kupon ödənişini həyata keçirib
İqtisadiyyat 14:41
SOCAR yeni istiqrazlarına görə növbəti kupon ödənişini həyata keçirib
Moody's Azərbaycanın kredit reytinqini investisiya səviyyəsinə yüksəldib
İqtisadiyyat 12:53
Moody's Azərbaycanın kredit reytinqini investisiya səviyyəsinə yüksəldib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol