• $
  • €
  • ₽
  • ₺
  • £

Rasim Balayev: "Əməliyyat olunmasam yerimə qabiliyyətimi tamamilə itirəcəkdim"

Rasim Balayev:
28.05.2020 21:44
"Əməliyyat olunmasam əlim-ayağım tutulacaqdı və yerimə qabiliyyətimi tamamilə itirəcəkdim".

Bu sözləri Yeniavaz.com-a açıqlamasında Xalq artisti Rasim Balayev deyib. O bildirib ki, boynunda yaranmış problemə görə, 2019-cu ildə fərqli 5 klinikaya müraciət edib:

"Sol ayağımı yaxşı ata bilmirdim və başladım axsamağa. Mənə dedilər ki, problem belindədir. Hər zaman da deyirdilər ki, fizioterapioyaya ehtiyac yoxdur.
 
Bilirsiniz da mən Şüvəlanda yaşayıram. Hər seansa da 50-60 manat ödəyirdim. Sonra gördüm ki, qətiyyən bir dəyişiklik yoxdur. Sonra başqa xəstəxanaya getdim. 2019-cu ildə mən ayrı-ayrı 5 klinikaya getdim. Axırda məlum oldu ki, mənim promlemim boynumda imiş. Mənə dedilər ki, əməliyyat olunmalısan. Olunmasam əlim-ayağım tutulacaqdı və yerimə qabiliyyətimi tamamilə itirəcəkdim”.

Xalq artisti ən sonda müalicəsini Heydər Əliyev fondunun öz üzərinə götürdüyünü bildirib:

"Sağ olsun Heydər Əliyev Fondu kömək etdi mənə. Çünki çox bahalı əməliyyat idi. Mənim ona imkanım çatmazdı. Bir dəfə Leyla (Leyla Əliyeva) xanımla görüşdüm. Məndən soruşdu ki, "niyə belə yeriyirsiniz?”. Sağ olsunlar, təşkil elədilər, Türkiyədə əməliyyat olundum. Bir həftədir gəlmişəm. Dedilər ayın sonuna qədər dərmanlardan istifadəni davam etdirməliyəm”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol