• $
  • €
  • ₽
  • ₺
  • £

Azay Quliyev Paşinyanın bəyanatlarını etibarsız adlandırıb

Azay Quliyev Paşinyanın bəyanatlarını etibarsız adlandırıb
23.10.2026 11:19

Deputat Azay Quliyev Ermənistanın baş naziri Nikol Paşinyanın ölkənin konstitusiyası ilə bağlı referendum və mümkün erkən seçkilər barədə ziddiyyətli açıqlamalar verdiyini deyib və onun bəyanatlarının etibarlılığını şübhə altına alıb. Bu barədə deputat Milli Məclisdə çıxışında bildirilb. 

“Biz Ermənistana inanmalıyıqmı? Yaxud hakimiyyətdə olan Paşinyanın bəyanatları nə qədər etibarlıdır? Mənə elə gəlir ki, o qədər etibarlı deyil”, - Quliyev bildirib.


Deputatın sözlərinə görə, Paşinyan siyasi rəqiblərini referendumla bağlı qərar vermədikləri halda erkən seçki keçirməklə hədələyib. Quliyev deyib ki, Paşinyan bir həftə əvvəl referendum və sənədin imzalanması məsələsinin 2031-ci ilədək həll olunmalı olduğunu söyləyib, son açıqlamasında isə bunun 2027 və ya 2028-ci illərdə həllini nəzərdə tutduqlarını bildirib.


Quliyev Paşinyanın son açıqlamasını Azərbaycan Prezidentinin oktyabrın 15-də Ermənistanla sülhün “kövrək” olduğu barədə fikri ilə əlaqələndirib. “

Mənə görə, dünənki bəyanatın əsas səbəbi məhz bu idi. ‘Kövrəkdir’ sözü bəlkə də Ermənistana bir mesaj, siqnal idi”, - o deyib.


Deputat əlavə edib ki, başqa ölkəyə ərazi iddiasının konstitusiyada əks olunması Ermənistanın daxili işi sayıla bilməz. Onun sözlərinə görə, Ermənistanın konstitusiyası və digər məsələlərdə Türkiyəyə qarşı ərazi iddiaları da normallaşma prosesinə mane olur.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər

Xocavənd və Ağdərəyə daha 42 ailəyola salınıb
Cəmiyyət 12:13
Xocavənd və Ağdərəyə daha 42 ailəyola salınıb
Qubaya çatana kimi radio tezliyi azı 3 dəfə dəyişir - deputatdan irad
Cəmiyyət 11:58
Qubaya çatana kimi radio tezliyi azı 3 dəfə dəyişir - deputatdan irad
Deputat mobil nömrələrin təkrar satışı ilə bağlı təklif verib
Cəmiyyət 11:37
Deputat mobil nömrələrin təkrar satışı ilə bağlı təklif verib
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb -FAKTİKİ HAVA
Cəmiyyət 11:34
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb -FAKTİKİ HAVA
Deputat - Azərbaycanın dünyəvi dövlət quruluşunun qorunması heç bir dinə qarşı deyil
Cəmiyyət 11:33
Deputat - Azərbaycanın dünyəvi dövlət quruluşunun qorunması heç bir dinə qarşı deyil
Azay Quliyev Paşinyanın bəyanatlarını etibarsız adlandırıb
Cəmiyyət 11:19
Azay Quliyev Paşinyanın bəyanatlarını etibarsız adlandırıb
Hər şagirdə 30 saniyə vaxt düşür - deputat məktəbdəki problemdən danışdı
Cəmiyyət 11:14
Hər şagirdə 30 saniyə vaxt düşür - deputat məktəbdəki problemdən danışdı
Dövlət vəzifəsindən gedən məmurlar idman federasiyalarına rəhbərlik etməyə davam edirlər
Cəmiyyət 10:57
Dövlət vəzifəsindən gedən məmurlar idman federasiyalarına rəhbərlik etməyə davam edirlər
Azərbaycanda ötən gün 58 cinayət qeydə alınıb
Cəmiyyət 10:32
Azərbaycanda ötən gün 58 cinayət qeydə alınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol