Gəncədə itkin düşən 84 yaşlı kişinin meyiti Göygöldə tapılıb

Gəncədə itkin düşən Astara rayonunun Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynovun meyiti tapılıb.
“Report”un məlumatına görə, onun meyiti Göygöl rayonunun Hacıməlik kəndi ərazisində aşkarlanıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.
Mirzəcan Hüseynov noyabrın 8-də hərbi xidmətdə olan nəvəsinin andiçmə mərasimində iştirak etmək üçün yaxınları ilə birlikdə Gəncəyə gəlib. Həmin gün o, itkin düşüb.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























