"Sədərək" Ticarət Mərkəzi YANIR: ALOV MAĞAZALARA KEÇDİ - VİDEO
Bakıda ticarət mərkəzində yanğın baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Lökbatan qəsəbəsindəki "Sədərək” ticarət mərkəzində qeydə alınıb.
Ticarət mərkəzinin birinci zonasında cərgənin tavanında başlanan yanğın qısa müddətdə mağazalara keçib.
Yanğının qarşısının alınması istiqamətində işlər görülür.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva faktı təsdiqləyib.
www.anews.az