Azərbaycanda 118 nəfərdə koronavirus aşkarlanıb

Azərbaycan
Respublikasında 118 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış,
87 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.
Ötən müddət ərzində yeni
yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 252.496 test aparılmışdır.
www.anews.az
COVID-19 üçün götürülən
analiz nümunələri müsbət çıxmış 1956-cı il təvəllüdlü vətəndaş vəfat etmişdir.
Hazırkı dövrədək
ölkəmizdə 3749 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən
edilmiş, onlardan 2340 nəfər müalicə olunaraq sağalmış, 44 nəfər vəfat etmiş,
1365 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin
şəxslərdən 42 nəfərin vəziyyəti ağır, 60 nəfərin vəziyyəti orta ağır
qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər