• $ 1.7
  • € 1.9615
  • ₽ 0.021291
  • ₺ 0.0401
  • £ 2.2254

652 bal yığan tələbə oxumaqdan imtina edib

652 bal yığan tələbə oxumaqdan imtina edib
11.08.2020 21:08
On birinci siniflər üçün keçirilən qəbul imtahanının (buraxılış) birinci mərhələsində maksimum balı toplayan şagirdlərdən biri Lənkəran şəhər 10 saylı tam orta məktəbin ötən ilki məzunu Mirənvər İsmayılzadədir.
 

M.İsmayılzadə bildirib ki, ötən il, 17 yaşında 652 balla Tibb Universitetinin "Müalicə işi" fakültəsinə daxil olsa da, daha sonra universiteti yarıda saxlayaraq yenidən hazırlaşmağa qərar verib:

"Əslində, qəbul olana qədər hər şey yaxşı idi. Amma gedib dərslərlə tanış olduqdan sonra anladım ki, həvəsim yoxdur. Dərslərə bir həftə getdim, daha sonra istəmədim. Hazırlığa getmişdim. Hər iki valideynim ingilis dili müəllimidir, onların da köməyi olmuşdu. Universitetdən çıxanda qohumlarım müəyyən qədər etiraz etdilər. Amma özümə məqsəd qoymuşdum, maksimal bal yığmalı idim ki, özümü sübut edim. Bu il birinci qrupa hazırlaşıram. Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olmaq istəyirəm. Bu il demək olar özüm hazırlaşmışam. Hazırlıqlara ilin əvvəlində getdim ilin ikinci yarısında isə heç birinə getmədim. Növbəti imtahanda ən azı 390 baldan yuxarı toplamaq istəyirəm ki, ümumi nəticə 690-dan yüksək olsun”.
 
Mənbə: Təhsil.biz

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 21:22
Bu ərazilərdə qaz olmayacaq
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib
Cəmiyyət 19:53
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib
Yasamalda 3 nəfərin öldüyü yanğınla bağlı saxlanılan klinika direktoru həbs edilib
Cəmiyyət 18:59
Yasamalda 3 nəfərin öldüyü yanğınla bağlı saxlanılan klinika direktoru həbs edilib
Leyla Əliyeva Qaradağda yeni parkın açılışında
Cəmiyyət 18:42
Leyla Əliyeva Qaradağda yeni parkın açılışında
Naftalanda sanatoriyada meyit tapılıb
Cəmiyyət 18:07
Naftalanda sanatoriyada meyit tapılıb
Nazir İtaliyaya rəsmi səfərə gedib
Cəmiyyət 17:47
Nazir İtaliyaya rəsmi səfərə gedib
Kürdəmirdə canavarlar kəndə hücum etdi: bir ailənin 16 qoyunu tələf olub
Cəmiyyət 17:38
Kürdəmirdə canavarlar kəndə hücum etdi: bir ailənin 16 qoyunu tələf olub
Bakıda binada yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 17:16
Bakıda binada yanğın söndürülüb - Yenilənib
Moskva istiqamətində uçan 9 PUA vurulub
Cəmiyyət 17:01
Moskva istiqamətində uçan 9 PUA vurulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol