• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Azərbaycan Prezidenti: "Status-kvo yoxdur, təmas xətti yoxdur"

Azərbaycan Prezidenti:
09.10.2020 17:58
"Status-kvo yoxdur. Təmas xətti – yoxdur təmas xətti, yarmışıq onu. 30 ildir qururdular bu təmas xəttini. Özü də bu bölgənin relyefi belədir ki, o, təbii istehkamdır. Biz aşağıdan yuxarı gedirik. Özü də orada beton istehkamlar qurulub – 30 il ərzində! Yarıb keçmişik! Azərbaycan əsgərinin qabağında heç kim heç nə deyə bilməz. Biz bu gün o təmas xəttini darmadağın etdik. Deyirlər, yeni təmas xətti olacaq. Olmayacaq"

Anews.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev söyləyib.

"Biz torpaqlarımızı geri alacağıq. Hansı təmas xəttindən söhbət gedə bilər?
 
İradə göstərmişik, güc göstərmişik, xalqımızın iradəsinə arxalanmışıq və bu gün qələbə çalırıq - tarixi qələbə çalırıq. Bu qələbə Azərbaycan xalqının əldə etdiyi qələbələr arasında ən parlaq qələbədir və gələcəkdə bu qələbələr davam edəcək. Biz torpaqlarımızı bərpa edəcəyik. Ərazi bütövlüyümüzü bərpa edəcəyik. Düşməni bundan sonra da qovacağıq. Mən bilirəm ki, Azərbaycan xalqı mənim bu sözlərimi bəyənib. Qovacağıq onları, axıradək. Bayrağımız bütün işğal edilmiş torpaqlarda qaldırılacaq, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək. Yaşasın Azərbaycan ordusu! Qarabağ Azərbaycandır”, - o əlavə edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Siyasət 17:09
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Prezidentdən yeni təyinat - Sərəncam
Siyasət 14:28
Prezidentdən yeni təyinat - Sərəncam
PrezidentAzərbaycanla Çin arasında bu müqaviləni təsdiq edib
Siyasət 14:26
PrezidentAzərbaycanla Çin arasında bu müqaviləni təsdiq edib
Prezident Sərdar Ayazı qəbul edib
Siyasət 11:22
Prezident Sərdar Ayazı qəbul edib
Rusiya nümayəndələrinin Azərbaycana səfəri gözlənilir
Siyasət 07:24
Rusiya nümayəndələrinin Azərbaycana səfəri gözlənilir
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
Siyasət 20:50
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
Pakistan Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
Siyasət 18:10
Pakistan Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
Azərbaycan XİN ABŞ-yə başsağlığı verib
Siyasət 15:18
Azərbaycan XİN ABŞ-yə başsağlığı verib
Ermənistanla saziş layihəsinin müzakirələri tamamlanıb - Elçin Əmirbəyov
Siyasət 11:07
Ermənistanla saziş layihəsinin müzakirələri tamamlanıb - Elçin Əmirbəyov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol