• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Dini Komitəyə əlavə səlahiyyət verildi

Dini Komitəyə əlavə səlahiyyət verildi
25.06.2014 11:23

Baş nazir Artur Rasizadə "Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında qərar verib. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

 

 

Bu Qaydalar “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunun və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq hazırlanıb və nəzarət markasının formasını, uçotu, istifadəsi və verilməsi qaydalarını müəyyən edir.

 

Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində hazırlanan (istehsal edilən) və Azərbaycan Respublikasının ərazisinə idxal edilən aşağıdakı mallar, məmulatlar və məlumat materialları (bundan sonra - nəzarət markası ilə markalanmalı olan mallar, məmulatlar və məlumat materialları) nəzarət markası ilə markalanacaq:

Dərman vasitələri;

Audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələri;

dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları.

 

Nəzarət markası dərman vasitələrinə münasibətdə Səhiyyə Nazirliyi, audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə münasibətdə Müəllif  Hüquqları Agentliyi, dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarına münasibətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən veriləcək.

 

Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektləri olan dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların nüsxələrinə ilkin olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən, daha sonra isə Müəllif Hüquqları Agentliyindən alınan nəzarət markası yapışdırılacaq.

 

 

Nəzarət markası ilə markalanmalı olan mallara, məmulatlara və məlumat materiallarına birdəfəlik istifadə üçün nəzərdə tutulan nəzarət markası yapışdırılacaq.

 

Nəzarət markasını alan şəxslər onun təyinatı üzrə istifadəsinə görə cavabdehdirlər və nəzarət markasının istifadə edilməsi haqqında ildə iki dəfə 6 (altı) aylıq dövr üçün nəzarət markasını verən orqana hesabat (hesabat dövrü başa çatdığı tarixdən sonra gələn 15 (on beş) gün müddətində) təqdim etməlidirlər.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Siyasət 17:09
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Prezidentdən yeni təyinat - Sərəncam
Siyasət 14:28
Prezidentdən yeni təyinat - Sərəncam
PrezidentAzərbaycanla Çin arasında bu müqaviləni təsdiq edib
Siyasət 14:26
PrezidentAzərbaycanla Çin arasında bu müqaviləni təsdiq edib
Prezident Sərdar Ayazı qəbul edib
Siyasət 11:22
Prezident Sərdar Ayazı qəbul edib
Rusiya nümayəndələrinin Azərbaycana səfəri gözlənilir
Siyasət 07:24
Rusiya nümayəndələrinin Azərbaycana səfəri gözlənilir
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
Siyasət 20:50
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
Pakistan Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
Siyasət 18:10
Pakistan Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
Azərbaycan XİN ABŞ-yə başsağlığı verib
Siyasət 15:18
Azərbaycan XİN ABŞ-yə başsağlığı verib
Ermənistanla saziş layihəsinin müzakirələri tamamlanıb - Elçin Əmirbəyov
Siyasət 11:07
Ermənistanla saziş layihəsinin müzakirələri tamamlanıb - Elçin Əmirbəyov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol