• $
  • £

Oğurlanan telefonlar blok ediləcək

Oğurlanan telefonlar blok ediləcək
22.06.2014 13:00

Google və Microsoft şirkətləri Android və Windows Phone mobil əməliyyat sistemlərinə itirilmiş və ya oğurlanmış qurğunun işini uzaq məsafədən bloklamağa imkan verən kill switch (ölüm düyməsi) funksiyasını əlavə edəcək. 

Bu barədə Nyu-York ştatının baş prokuroru Erik Şneydermana istinadən Bloomberg agentliyi məlumat verib.

“Qafqazinfo”  ICTnews-a istinadən xəbər verir ki, son ildə müxtəlif ölkələrin hökumətləri dəfələrlə smartfon istehsalçılarını və mobil rabitə operatorlarını mobil elektronikanı uzaq məsafədən telefondakı şəxsi məlumatları silməyə və onun işini dayandırmağa imkan verən mexanizmlərlə təchiz etməyə çağırıb. Bunda məqsəd istifadəçilərin mobil qurğunun itirilməsi və ya oğurlanması halında öz məlumatlarını mühafizə edə bilməsindədir.

Lookout şirkətinin məlumatına görə, hər onuncu smartfon sahibi cinayətkarların qurbanı olur. Təkcə ötən il 3,1 milyon amerikalının mobil telefonu zorla əlindən alınıb. ABŞ Federal Rabitə Komissiyasının məlumatına görə, iri şəhərlərdə oğurluq hallarının 30 faizi mobili telefon oğurluğu ilə bağlıdır.

Kreyton Universitetinin statistika kafedrasının professoru Uilyam Dakvortun qiymətləndirməsinə görə, amerikalıların telefonlarında quraşdırılan kill switch funksiyası onlara ildə 2,6 milyard dollara qənaət etməyə imkan verəcək. Bura sığorta xərcləri və itirilmiş və ya oğurlanmış telefonlar əvəzinə, yeni qurğuların alınması daxildir.

iPhone smartfonu 2013-cü ildə kill switch funksiyası ilə təchiz edilməyə başlayandan sonra cari ilin ilk beş ayında Nyu-Yorkda Apple məhsullarının oğurlanması 19 faiz azalıb. San-Fransisko və Londonda analoji göstəricilər müvafiq olaraq 38 və 24 faiz aşağı düşüb.

Bu rəqəmlər ölüm düyməsinin işinin yüksək effektivliyini göstərdiyindən Android və Windows sistemlərində bu mexanizmlərin tətbiqi istehlakçıların təhlükəsizliyi üçün irəliyə doğru addımlar atmağa imkan verəcək.

Qafqazinfo

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əziz Səncəri “Şöhrət” ordeni ilə təltif edib
Siyasət 14:00
Prezident İlham Əliyev Əziz Səncəri “Şöhrət” ordeni ilə təltif edib
Prezidentİpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edib - sərəncam
Siyasət 13:56
Prezidentİpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edib - sərəncam
Putin Əliyevə zəng edib
Siyasət 13:14
Putin Əliyevə zəng edib
Azərbaycanla İran Astara yük terminalında işlərin tamamlanması istiqamətində müzakirələr aparıb
Siyasət 10:56
Azərbaycanla İran Astara yük terminalında işlərin tamamlanması istiqamətində müzakirələr aparıb
Prezidentin sosial media hesablarında HDQ qərargahını ziyarətinə dair videoçarx paylaşılıb
Siyasət 19:17
Prezidentin sosial media hesablarında HDQ qərargahını ziyarətinə dair videoçarx paylaşılıb
Sahibə Qafarova ABŞ-yə səfər edib
Siyasət 18:56
Sahibə Qafarova ABŞ-yə səfər edib
Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub
Siyasət 15:19
Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub
Prezident Esvatini Kralını təbrik edib
Siyasət 11:40
Prezident Esvatini Kralını təbrik edib
Azərbaycan XİN Esvatini Krallığını Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:28
Azərbaycan XİN Esvatini Krallığını Milli Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol