• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa iqtisadiyyatı yeni zərbənin astanasında

Avropa iqtisadiyyatı yeni zərbənin astanasında
30.10.2020 19:30
Almaniya və Fransada karantin tədbirlərinə görə Avropa daha da böyük bir iqtisadi tənəzzülə hazırlaşır.

CNBC-nin məlumatına görə, "High Frequency Economics”in analitikləri belə bir proqnoza çıxış ediblər.

Onların sözlərinə görə, ikinci koronavirus dalğası ilə mübarizə üçün yeni tədbirlər işsizliyin çoxlmasına, bir çox müəssisənin bağlanmasına və hətta dövlət borcunun artmasına səbəb ola bilər. Bundan başqa biznes və ev təsərrüfatları uğursuzluğa düçar olacaq.

Məhdudlaşdırma qərarı, işlərinin bərpasına təzə-təzə başlayan restoranlara, barlara, kinoteatrlara və pərakəndə satış mərkəzlərinə yeni zərbə vurub.

"Bu şok, xüsusilə ilin ən vacib vaxtında - tətillərdən əvvəl bağlanan kiçik və orta müəssisələr üçün dəhşətlidir”, - deyə "HEC Paris” biznes məktəbinin iqtisadiyyat professoru Tomaş Mixalski vurğulayıb.

İqtisadçıların proqnozlarına görə, Fransa ÜDM-i dördüncü rübdə xeyli, bəlkə də 3-4 faiz azalacaq.

Karantin tədbirləri həmçinin, Almaniyanın ÜDM-də azalmağa da səbəb olacaq (əvvəlki rüblə müqayisədə ən azı 0,5 faiz).

Analitiklər ən çox zərbənin mədəniyyət və turizm sektorlarına vurulacağını söyləyirlər. Mart-avqust ayları arasında restoran ticarət dövriyyəsi keçən ilin eyni dövrü ilə müqayisədə 40 faizdən çox azalıb.

Xatırladaq ki, Almaniya kansleri Angela Merkel noyabrın 2-dən etibarən ölkədə yeni sərt karantin tətbiq elan etdi. Yeni məhdudiyyətlərə bar, restoran, teatr və kinoteatrların bağlanması daxildir.

Karantin həmçinin, Fransa daxilində 30 oktyabr - 1 dekabr tarixləri arasında tətbiq olunacaq. Dövlət qurumları, universitetlər bağlanacaq, xüsusi toplantılar və mitinqlər məhdudlaşdırılacaq. Eyni zamanda uşaq bağçaları, məktəblər, kolleclər və liseylər açıq qalacaq, onlarda sanitariya tədbirləri gücləndiriləcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb
Dünya 22:45
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb
İlon Mask yenidən trilyonçu statusunu itirib
Dünya 22:09
İlon Mask yenidən trilyonçu statusunu itirib
Belçika səfiri Rusiya XİN-ə çağırılıb
Dünya 20:12
Belçika səfiri Rusiya XİN-ə çağırılıb
Hakan Fidan iranlı həmkarı ilə regiondakı vəziyyəti müzakirə edib
Dünya 18:57
Hakan Fidan iranlı həmkarı ilə regiondakı vəziyyəti müzakirə edib
Koalisiya qüvvələri Yəmənin paytaxtında husilərə qarşı əməliyyat keçirəcək
Dünya 16:39
Koalisiya qüvvələri Yəmənin paytaxtında husilərə qarşı əməliyyat keçirəcək
В Пензенской области взорвался газопровод «Средняя Азия — Центр»
Dünya 16:20
В Пензенской области взорвался газопровод «Средняя Азия — Центр»
Rusiyada Mərkəzi Asiya qazını Avropaya nəql edən kəmərdə partlayış baş verib
Dünya 15:17
Rusiyada Mərkəzi Asiya qazını Avropaya nəql edən kəmərdə partlayış baş verib
Pakistanda sərnişin qatarı relsdən çıxdı - Ölənlər var
Dünya 14:34
Pakistanda sərnişin qatarı relsdən çıxdı - Ölənlər var
Bəhreynin "Gulf Air" şirkəti Ər-Riyada uçuşları dayandırıb
Dünya 23:21
Bəhreynin "Gulf Air" şirkəti Ər-Riyada uçuşları dayandırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol