Pakistanda sərnişin qatarı relsdən çıxdı - Ölənlər var

Pakistanın Multan şəhəri yaxınlığında "Rahman Baba Express" sərnişin qatarının relsdən çıxması nəticəsində ən azı dörd nəfər ölüb, 30-dan çox insan yaralanıb. Bu barədə "Dawn" qəzeti yazıb.
Hesabatda qeyd olunur ki, qatar cənub liman şəhəri Karaçidən şimal-qərbdəki Peşəvər şəhərinə gedirdi. Qatar saatda 100 km sürətlə hərəkət edirmiş və təxminən 500 nəfər sərnişini olub.
Zərərçəkənlərə tibbi yardım göstərilib.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















