• $
  • £

Əbülfəs Qarayevdən xəbərdarlıq: “Ölçü götürüləcək...“

Əbülfəs Qarayevdən xəbərdarlıq: “Ölçü götürüləcək...“
28.05.2020 21:47
"Bu gün Azərbaycana gələn turistlərə, qonaqlara xidmət göstərən hər bir müəssisə mütləq qanun çərçivəsində çalışmalıdır. Ona görə də lisenziyalaşdırma mütləq amildir və lisenziyaları olmayan təşkilatlar nə dövlət tərəfindən dəstəklənəcək, nə də onların fəaliyyətinə icazə veriləcək". Trend xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, ötən ilə nisbətən 2014-cü ilin ilk yarısında Azərbaycana gələnlərin sayında stabillik müşahidə olunub: "Biz deyə bilmərik ki, bu yarım ildə hansısa böyük sıçrayış, 20-30% artım olub. Təxminən 2-3% artım mövcuddur ki, bu da təbii prosesdir. Bizim əsas məqsədimiz gələn il Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarına yüksək səviyyədə hazırlaşmaq və bütün müəssisələrin qanunvericiliyə uyğunlaşdırılmasından ibarətdir. Elan etmişik ki, Olimpiya Oyunları zamanı Azərbaycanda fəaliyyət göstərən hotellər lisenziyasız fəaliyyət göstərə bilməyəcəklər. Bu proses davam edir və bu iş nəinki Bakıdakı, eləcə də bütün regionlardakı müəssisələrə şamil olunacaq".
Ə.Qarayev həmçinin qeyd edib ki, xüsusi hüquq əsasında mütəmadi olaraq turizm obyektlərində monitorinq keçirilir: "Mövsüm qabağı və mövsüm zamanı monitorinqlərin keçirilməsi davam etdiriləcək. Turizm müəssisələrində insanlara göstərilən xidmətlər kifayət qədər normal olmasa, standartlara cavab verməsə, onlar barəsində müvafiq ölçülər götürüləcək. Bu monitorinq həm də qabaqlayıcı prosesdir. Bu, imkan verir ki, hansısa nöqsanlar, çatışmazlıqlar varsa, həmin müəssisələrə onları düzəltməyə kömək edək. Biz onlara vaxt veririk. Kim öhdəsindən gəlsə, çatışmazlıqları aradan qaldırsa, qoy canla-başla işləsin".
Nazir bildirib ki, son illər ölkədəki turizm obyektlərində qiymətlərin artması müşahidə olunmayıb: "Biz qəti deyə bilərik ki, son 3 ildə Azərbaycanda turizm müəssisələrində qiymətlərin artması müşahidə olunmur. Biz 4 il bundan qabaq bir il ərzində, rəqabət nəticəsində qiymətlərin aşağı salınmasına nail olduq. Bundan sonra artım olmayıb, yəni qiymətlər stabildir. Bu gün Azərbaycanda hər bir təbəqəyə, imkanlara uyğun olaraq xidmətlər əldə etmək olar. Bu gün Azərbaycanın bəzi yerlərində səhər yeməkləri də daxil olmaqla, 25-30 manata hotellər, kempinqlər var. Eyni zamanda, qiyməti 200-300 manata olanlar da var. Bu çeşidlilik mövcuddur, olmalıdır. Hər kəs öz asudə vaxtını cibinə görə uyğunlaşdırmalıdır". 
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
Mədəniyyət 23:30
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib
Mədəniyyət 14:19
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib
SAYBU karyerasının 10-cu ilində ilk albomunu təqdim edib — “Məcnun”
Mədəniyyət 17:12
SAYBU karyerasının 10-cu ilində ilk albomunu təqdim edib — “Məcnun”
Azərbaycan idmançıları iyulda beynəlxalq yarışlarda 206 medal qazanıblar
Mədəniyyət 13:07
Azərbaycan idmançıları iyulda beynəlxalq yarışlarda 206 medal qazanıblar
Milli Kitabxanada Azərbaycan Kinosu Günü ilə bağlı virtual kitab sərgisi təqdim olunub
Mədəniyyət 20:00
Milli Kitabxanada Azərbaycan Kinosu Günü ilə bağlı virtual kitab sərgisi təqdim olunub
Nəriman Həsənzadə dəfn edilib - Yenilənib
Mədəniyyət 12:26
Nəriman Həsənzadə dəfn edilib - Yenilənib
Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından üç il ötür
Mədəniyyət 16:23
Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından üç il ötür
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Cəmiyyət 15:10
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Nəriman Həsənzadə ilə vida mərasiminin yeri və vaxtı açıqlanıb
Cəmiyyət 11:22
Nəriman Həsənzadə ilə vida mərasiminin yeri və vaxtı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol