• $ 1.7
  • € 1.9576
  • ₽ 0.021644
  • ₺ 0.0401
  • £ 2.2267

Mağazalarda ödəniş üçün daha bank kartlarına da gərək qalmadı

Mağazalarda ödəniş üçün daha bank kartlarına  da gərək qalmadı
28.01.2021 15:54
Azərbaycan Beynəlxalq Bankı müştərilərə daha bir imkan yaradıb. Bankın partnyor alış-veriş mərkəzlərindəki yeni nəsil POS terminalları vasitəsilə indi ödənişləri nağd pul və bank kartı olmadan da aparmaq mümkündür. Ödəniş POS terminaldakı QR kod vasitəsilə birbaşa müştərinin hesabından aparılır.
 
Bu imkan Azərbaycan Respublikası Mərkəzi Bankının bir neçə ay əvvəl istifadəyə verdiyi Ani Ödənişlər Sistemi çərçivəsində təmin edilib. Artıq Bakı və Abşeron rayonu üzrə "Neptun” mağazalar şəbəkəsində malların dəyərinin Azərbaycan Beynəlxalq Bankının yeni nəsil POS terminalları ilə rahat və təhlükəsiz şəkildə ödənişi uğurla sınaqdan keçirilib. 

Ödənişlərin POS terminallarda QR kodla aparılması ən müasir nağdsız ödəniş üsullarındandır. Xüsusilə pandemiya dövründə gündəlik ödənişlərin tam təmassız, təhlükəsiz formada həyata keçirilməsi üçün bu, effektiv həlldir. Bu həll ödənişləri qəbul edən sahibkarlar üçün də əlverişli imkanlar yaradır. Belə ki, qəbul edilən ödəniş məbləği real rejimdə təsərrüfat subyektinin bank hesabına köçür. Beləliklə, həmin vəsaitdən dərhal istifadə etmək olur. 

Xatırladaq ki, Mərkəzi Bankın "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində yaratdığı Ani Ödənişlər Sistemi (AÖS) ötən ilin oktyabrından istifadədədir. Bu sistem fiziki və hüquqi şəxslər, habelə dövlət orqanları arasında hesablaşmaların bank hesabları üzərindən 24/7 rejimində istifadəçinin mobil telefon nömrəsi, email ünvanı kimi sadələşdirilmiş identifikatorlar vasitəsilə aparılmasına imkan verir. Yeni nəsil POS terminallarda QR kodla ödəniş isə Ani Ödənişlər Sisteminin yeni innovativ həllərindəndir. 

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev bildirib: "Azərbaycan Beynəlxalq Bankı Ani Ödənişlər Sisteminin üstünlüklərindən faydalanaraq müştərilərə yeni nəsil POS terminallarla belə bir imkanı yaradan ilk bankdır. Bu yenilik yüksək müştəri məmnuniyyəti yaradacaq və ölkəmizdə nağdsız ödəniş ənənələrini daha da inkişaf etdirəcək”.  

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ən çox əmanət qoyluşu Abşeron-Xızı zonasının payına düşür
İqtisadiyyat 14:02
Ən çox əmanət qoyluşu Abşeron-Xızı zonasının payına düşür
Aqrar Sığorta Fondu: Son iki ilin ən böyük sığorta ödənişi 1,1 milyon manat olub
İqtisadiyyat 12:42
Aqrar Sığorta Fondu: Son iki ilin ən böyük sığorta ödənişi 1,1 milyon manat olub
Bu il ölkədə meyvə bağı üzrə 700 min manatdan çox sığorta ödənişi verilib
İqtisadiyyat 12:20
Bu il ölkədə meyvə bağı üzrə 700 min manatdan çox sığorta ödənişi verilib
Ən çox kredit qoyuluşu Abşeron-Xızının payına düşür
İqtisadiyyat 12:19
Ən çox kredit qoyuluşu Abşeron-Xızının payına düşür
Azərbaycanda quraqlıq sığortası hazırlanır
İqtisadiyyat 12:11
Azərbaycanda quraqlıq sığortası hazırlanır
Oktyabrda qida məhsulları və siqaretin qiymətində 0,8% artım olub
İqtisadiyyat 11:49
Oktyabrda qida məhsulları və siqaretin qiymətində 0,8% artım olub
Aqrar Sığorta Fondu 20 milyon manata yaxın zərərin ödənilməsini təmin edib
İqtisadiyyat 11:44
Aqrar Sığorta Fondu 20 milyon manata yaxın zərərin ödənilməsini təmin edib
Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artıb
İqtisadiyyat 11:43
Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artıb
Əmanətlərin valyuta strukturu dəyişməz qalıb
İqtisadiyyat 11:37
Əmanətlərin valyuta strukturu dəyişməz qalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol