• $
  • €
  • ₽
  • ₺
  • £

Masallıda poçt şöbəsindən seyf oğurlandı

Masallıda poçt şöbəsindən seyf oğurlandı
08.04.2021 20:30
Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində poçt şöbəsindən seyf oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, gecə saatlarında rayonun Türkoba kəndindəki poçt şöbəsindən içərisində POS terminal, əmək haqqı kartları, təqvim möhürü və s. olan dəmir seyfin oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların rayonun Türkoba kənd sakinləri A.Mirağayev və F.Əbilov olduqları müəyyən edilib.

Oğurladıqları seyf içərisindəki əşyalarla birlikdə onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir!
Cəmiyyət 16:04
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir!
Rusiyada 11 il əvvəl qadını öldürən iki Azərbaycan vətəndaşına hökm oxunub
Cəmiyyət 15:50
Rusiyada 11 il əvvəl qadını öldürən iki Azərbaycan vətəndaşına hökm oxunub
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Cəmiyyət 15:32
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Ağsuda dağlıq ərazidə yanğın başlayıb
Cəmiyyət 14:58
Ağsuda dağlıq ərazidə yanğın başlayıb
Məmmədli qəsəbəsində qadın bıçaqlanaraq öldürülüb
Cəmiyyət 14:37
Məmmədli qəsəbəsində qadın bıçaqlanaraq öldürülüb
Leysanla bağlı xəbərdarlıq edilib
Cəmiyyət 13:48
Leysanla bağlı xəbərdarlıq edilib
Jurnalist Əvəz Zeynallı vəfat edib
Cəmiyyət 13:39
Jurnalist Əvəz Zeynallı vəfat edib
Sabah Bakıda yağış yağacaq - hava proqnozu
Cəmiyyət 13:11
Sabah Bakıda yağış yağacaq - hava proqnozu
Bakının mərkəzində avtomobil hərəkəti bütün həftə məhdudlaşdırılacaq
Cəmiyyət 13:05
Bakının mərkəzində avtomobil hərəkəti bütün həftə məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol