Emin Əmrullayev Almaniyanın Saksoniya torpağının elm naziri ilə görüşüb
Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Almaniyanın Saksoniya federal torpağının elm naziri Sebastian Qemkov ilə elm və təhsil sahəsində əməkdaşlığı müzakirə edib. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan ilə Almaniya arasında elm və təhsil sahəsində mövcud əməkdaşlıq və onun gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Son xəbərlər
Daha çox