• $
  • £

Nazir iki regional idarəyə rəis təyin edib

Nazir iki regional idarəyə rəis təyin edib
03.05.2021 12:37
Mədəniyyət Nazirliyində yeni kadr təyinatları olub.


Anews.az xəbər verir ki, mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Bəxtiyar Vaqif oğlu Qılıncov Masallı Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib.


Bəxtiyar Qılıncov 1974-cü ildə Tovuz rayonunda anadan olub. 1998-ci ildə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunu (bakalavr), 2000-ci ildə Azərbaycan Dövlət Universitetini (magistr) bitirib.


1999-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında xarici turizm şurasında statistik üzrə mütəxəssis kimi fəaliyyət göstərib. 2001-2018-ci illərdə Gəclər, İdman və Turizm, Mədəniyyət və Turizm nazirliklərində müxtəlif vəzifələrdə çalışıb.


2018-ci ildən son təyinatadək Mədəniyyət Nazirliyinin Regional siyasət şöbəsində işləyib.


İqtisad üzrə fəlsəfə doktorudur.


2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.


Nazirin digər əmrinə əsasən, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə Şahin Yusif oğlu Şahbazov təyin olunub.


Şahin Şahbazov 1984-cü ildə anadan olub. 2006-cı ildə "Muzey işi və abidələrin mühafizəsi” ixtisası üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini (bakalavr), 2008-ci ildə Bakı Dövlət Universitetinin (magistr) "Tarix” fakültəsini fərqlənmə diplomları ilə bitirib.


Əmək fəaliyyətinə 2004-cü ildə Qobustan Milli Tarix-Bədii Qoruğunda başlayıb. 2013-2021-ci illərdə Mədəniyyət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.


2012-2018-ci illərdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun doktorantı olub.


2019-cu ildən, həmçinin Xəzər Universitetində pedaqoji fəaliyyət göstərib. Dörd elmi məqalənin müəllifi, bir neçə kitabın redaktoru və tərtibatçısıdır.


Beynəlxalq Muzeylər Şurasının (İCOM) üzvüdür.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib
Mədəniyyət 14:19
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib
SAYBU karyerasının 10-cu ilində ilk albomunu təqdim edib — “Məcnun”
Mədəniyyət 17:12
SAYBU karyerasının 10-cu ilində ilk albomunu təqdim edib — “Məcnun”
Azərbaycan idmançıları iyulda beynəlxalq yarışlarda 206 medal qazanıblar
Mədəniyyət 13:07
Azərbaycan idmançıları iyulda beynəlxalq yarışlarda 206 medal qazanıblar
Milli Kitabxanada Azərbaycan Kinosu Günü ilə bağlı virtual kitab sərgisi təqdim olunub
Mədəniyyət 20:00
Milli Kitabxanada Azərbaycan Kinosu Günü ilə bağlı virtual kitab sərgisi təqdim olunub
Nəriman Həsənzadə dəfn edilib - Yenilənib
Mədəniyyət 12:26
Nəriman Həsənzadə dəfn edilib - Yenilənib
Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından üç il ötür
Mədəniyyət 16:23
Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından üç il ötür
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Cəmiyyət 15:10
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Nəriman Həsənzadə ilə vida mərasiminin yeri və vaxtı açıqlanıb
Cəmiyyət 11:22
Nəriman Həsənzadə ilə vida mərasiminin yeri və vaxtı açıqlanıb
Nəriman Həsənzadə vəfat edib
Mədəniyyət 08:50
Nəriman Həsənzadə vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol