• $
  • €
  • ₽
  • ₺
  • £

Özbəkistan süni intellektdən məsuliyyətli istifadə üzrə Asiya təşəbbüsü irəli sürüb

Özbəkistan süni intellektdən məsuliyyətli istifadə üzrə Asiya təşəbbüsü irəli sürüb
15.10.2026 12:58

Özbəkistan texnoloji etimad və süni intellektdən məsuliyyətli istifadə üzrə Asiya təşəbbüsünü irəli sürüb. Bunu ölkə Prezidenti Şavkat Mirziyoyev Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə görüşündə bildirib.

“Rəqəmsal tərəqqinin bütün ölkələrə fayda gətirməsi və texnoloji inkişaf fərqlərinin azalması üçün əlimizdən gələni etməliyik”, — Mirziyoyev deyib.

O, təşəbbüsü irəli aparmaq üçün AQEM çərçivəsində ekspert platforması yaratmağı təklif edib. Bu platformada üzv dövlətlərin mütəxəssisləri tövsiyələr hazırlaya və praktiki tədbirləri əlaqələndirə bilərlər.

Mirziyoyev süni intellektin geniş imkanlar açdığını, eyni zamanda ciddi risklər yaratdığını bildirib. O, təşəbbüsün həyata keçirilməsi mexanizmlərini və müddətini açıqlamayıb.

Özbəkistan Prezidenti həmçinin münaqişələrin qarşısının alınmasına, dövlətlər arasında əlaqələrin və əməkdaşlığın genişləndirilməsinə yönəlmiş Asiyada etimad infrastrukturunun formalaşdırılması konsepsiyasını hazırlamağı təklif edib.

“Dialoq zəifləyəndə yanlış qərarların qəbul edilməsi riski artır. Buna görə də siyasi fikir ayrılıqlarının silahlı qarşıdurmaya çevrilməməsi üçün əlimizdən gələni etməliyik”, — o vurğulayıb.

Mirziyoyevin digər təklifləri arasında suya qənaət texnologiyalarının tətbiqi, yaşıl energetikanın inkişafı və ətraf mühitin monitorinqi üçün iqlim dayanıqlılığı üzrə tərəfdaşlığın yaradılması da yer alıb.

O, Özbəkistanın gələn il insan potensialının inkişafı üzrə forum keçirməyə hazır olduğunu bildirib və bu sahədə AQEM-in ikiillik fəaliyyət proqramını hazırlamağı təklif edib.

Mirziyoyev Azərbaycan nümayəndəsinin AQEM-in Baş katibi vəzifəsinə namizədliyini dəstəkləyib və Bakının sədrliyi 2028-ci ilədək davam etdirmək niyyətini alqışlayıb.
 

Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev və xanımı Zəngilanda açılışda
Siyasət 14:20
İlham Əliyev və xanımı Zəngilanda açılışda
“ACWA Power"in Direktorlar Şurasının sədri İlham Əliyevi təbrik edib
Siyasət 13:17
“ACWA Power"in Direktorlar Şurasının sədri İlham Əliyevi təbrik edib
Şəxsiyyət vəsiqəsindəki səhvlərin düzəldilməsi ödənişli ola bilər
Siyasət 13:16
Şəxsiyyət vəsiqəsindəki səhvlərin düzəldilməsi ödənişli ola bilər
Prezident xanımı ilə Cəbrayıla gedib
Siyasət 12:47
Prezident xanımı ilə Cəbrayıla gedib
Zəfər Günü 5 şəhərdə hərbi orkestrlərin müşayiəti ilə yürüş keçiriləcək
Siyasət 11:39
Zəfər Günü 5 şəhərdə hərbi orkestrlərin müşayiəti ilə yürüş keçiriləcək
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Siyasət 10:01
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Sahibə Qafarova Qazaxıstana səfər edib
Siyasət 18:48
Sahibə Qafarova Qazaxıstana səfər edib
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Siyasət 18:32
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
İran Zəngəzur dəhlizi ilə bağlı xəbərdarlıq edib
Siyasət 16:51
İran Zəngəzur dəhlizi ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol