• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açılıb

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açılıb
06.11.2026 13:45

Prokurorluq və daxili işlər orqanları, o cümlədən Bakı şəhəri Nəsimi rayon prokurorluğu və rayon polis idarəsi tərəfindən peşəkar şəkildə birgə həyata keçirilmiş kompleks istintaq və əməliyyat axtarış tədbirləri nəticəsində əvvəlki illərdə törədilmiş daha bir xüsusilə ağır cinayətin üstü açılıb. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətləri məlumat yayıb.

Belə ki, 2002-ci il oktaybrın 7-də Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) inzibati binasının həyətində mühafizəçi Məhəmmədəli Məhərrəmovun kəsici-deşici alətlə qəsdən öldürülməsi, ali tədris müəssisəsinin inzibati binasından müxtəlif əşyaların oğurlanması faktına dair Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işinin icraatı təzələnərək çoxsaylı prosessual hərəkətlər icra olunub.

Həyata keçirilən tədbirləri nəticəsində əldə olunan dəlillərin təhlili nəticəsində qeyd olunan cinayətin həmin ali tədris müəssisəsindən 1997-ci ildə xaric olunmuş, əvvəllər müxtəlif cinayətlərə görə bir neçə dəfə məhkum olunmuş, 1979-cu il təvəllüdlü Cahangirov Vüqar Rəhim oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Vüqar Cahangirov cari il noyabrın 4-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulub, noyabrın 6-da isə Cinayət Məcəlləsinin 120.2.3, (zərərçəkmiş şəxsi xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmə), 120.2.5 (tamah məqsədilə qəsdən adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə məqsədi ilə qəsdən adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Peşə məktəblərinə qəbul 70 faiz artıb
Cəmiyyət 14:05
Peşə məktəblərinə qəbul 70 faiz artıb
“Azərbaycan Radiosu milli dəyərlərin təbliğində mühüm rol oynadı" - Hikmət Hacıyev
Cəmiyyət 13:27
“Azərbaycan Radiosu milli dəyərlərin təbliğində mühüm rol oynadı" - Hikmət Hacıyev
Orxan Nəzərli: ətin qiyməti ilə bağlı risk görmürük
Cəmiyyət 13:22
Orxan Nəzərli: ətin qiyməti ilə bağlı risk görmürük
Minimum əmək haqqı vergidən azad olunmalıdır - təklif
Cəmiyyət 12:45
Minimum əmək haqqı vergidən azad olunmalıdır - təklif
Bu dəyişikliklər ətin bahalaşmasına səbəb olacaq - Əli Məsimli
Cəmiyyət 12:19
Bu dəyişikliklər ətin bahalaşmasına səbəb olacaq - Əli Məsimli
Aqrar sahədə uçotun olmaması kölgə iqtisadiyyatının əsas səbəblərindəndir - deputat
Cəmiyyət 12:09
Aqrar sahədə uçotun olmaması kölgə iqtisadiyyatının əsas səbəblərindəndir - deputat
Deputat kuryerlər üçün 1%-lik vergi rejiminin tətbiqini təklif edir
Cəmiyyət 12:02
Deputat kuryerlər üçün 1%-lik vergi rejiminin tətbiqini təklif edir
DYP bayram günlərində sürücülərə müraciət edib
Cəmiyyət 11:17
DYP bayram günlərində sürücülərə müraciət edib
Ölkədaxili yükdaşıma ilə məşğul olanlara 8%-lik sadələşdirilmiş vergi tətbiqi təklif olunur
Cəmiyyət 11:10
Ölkədaxili yükdaşıma ilə məşğul olanlara 8%-lik sadələşdirilmiş vergi tətbiqi təklif olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol