• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət qurumlarının İT mühitinin diaqnostikasının həyata keçirilməsi XRİTDX-ə həvalə edilib

Dövlət qurumlarının İT mühitinin diaqnostikasının həyata keçirilməsi XRİTDX-ə həvalə edilib
06.11.2026 15:05

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 5 noyabr tarixli 372 nömrəli Qərarı ilə “Dövlət qurumlarının informasiya təhlükəsizliyi mühitinin diaqnostikasının həyata keçirilməsi Qaydaları” təsdiq edilib. Sənədə əsasən, dövlət qurumlarının informasiya təhlükəsizliyi mühitinin diaqnostikasının həyata keçirilməsi Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə həvalə edilib.

Dövlət Xidmətindən bildirilib ki, bu proses sənəd və məlumatların təhlilini, zərurət olduqda isə yerində baxışı da əhatə edir. Qiymətləndirmə dörd meyar üzrə aparılır: təşkilati idarəetmə, əməkdaşlar və təchizatçılar, fiziki təhlükəsizlik, avadanlığın, proqram təminatının və məlumatların təhlükəsizliyi. Hər meyar üçün minimum keçid həddi müəyyən olunub. Qurumun yekun nəticəsi 0–100 faiz şkalası üzrə üç səviyyədən birinə aid edilir: risklərin ciddi olduğu, qismən nəzarət edildiyi və ya tam nəzarət altında olduğu səviyyə.

Diaqnostikanın nəticələrinə əsasən qurumlara çatışmazlıqların aradan qaldırılması ilə bağlı təkliflər verilir və metodiki dəstək göstərilir. Qurumlar isə aşkar olunan boşluqları qısa müddətdə aradan qaldırmağa borcludur. Qaydaların tətbiqi dövlət sektorunda informasiya təhlükəsizliyinin vahid və ölçülə bilən meyarlar əsasında idarə olunmasına imkan yaradacaq.

Qeyd edək ki, qaydalar dövlət qurumlarında informasiya təhlükəsizliyinin əsas parametrlərini və bu parametrlərin məqbul hədlərini müəyyən edir. Bundan əlavə, informasiya təhlükəsizliyi mühitinin diaqnostikasının necə aparılacağını tənzimləyir.

Qaydalar kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət mülkiyyətində olan və ya nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərə, publik hüquqi şəxslərə, digər büdcə təşkilatlarına və bələdiyyələrə şamil edilir. Diaqnostikanın məqsədi qurumların təhlükəsizlik arxitekturasının müasir tələblərə uyğunluq dərəcəsini müəyyən etmək və təşkilati, texniki və kadr potensialının səviyyəsini ölçmək, eləcə də təkmilləşdirmə ehtiyaclarını aşkar etməkdir.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb
Cəmiyyət 15:42
Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb
Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq
Cəmiyyət 15:35
Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq
Naxçıvan üzrə noyabrın pensiyaları ödənilib
Cəmiyyət 14:49
Naxçıvan üzrə noyabrın pensiyaları ödənilib
Peşə məktəblərinə qəbul 70 faiz artıb
Cəmiyyət 14:05
Peşə məktəblərinə qəbul 70 faiz artıb
Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 13:45
Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açılıb
“Azərbaycan Radiosu milli dəyərlərin təbliğində mühüm rol oynadı" - Hikmət Hacıyev
Cəmiyyət 13:27
“Azərbaycan Radiosu milli dəyərlərin təbliğində mühüm rol oynadı" - Hikmət Hacıyev
Orxan Nəzərli: ətin qiyməti ilə bağlı risk görmürük
Cəmiyyət 13:22
Orxan Nəzərli: ətin qiyməti ilə bağlı risk görmürük
Minimum əmək haqqı vergidən azad olunmalıdır - təklif
Cəmiyyət 12:45
Minimum əmək haqqı vergidən azad olunmalıdır - təklif
Bu dəyişikliklər ətin bahalaşmasına səbəb olacaq - Əli Məsimli
Cəmiyyət 12:19
Bu dəyişikliklər ətin bahalaşmasına səbəb olacaq - Əli Məsimli
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol