• $
  • €
  • ₽
  • ₺
  • £

Tokayev süni superintellekt üzrə BMT çərçivəsində beynəlxalq müqaviləni dəstəkləyib

Tokayev süni superintellekt üzrə BMT çərçivəsində beynəlxalq müqaviləni dəstəkləyib
15.10.2026 12:50

 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev süni superintellektin tənzimlənməsi üzrə BMT-nin himayəsi altında beynəlxalq müqavilənin hazırlanmasını dəstəkləyib.

Bakıda AQEM-in tədbirində çıxış edən Tokayev Vaşinqtonda bu yaxınlarda imzalandığını bildirdiyi superintellekt haqqında sazişi alqışlayıb.

“Mahiyyət etibarilə, bu sənəd Birləşmiş Millətlər Təşkilatının himayəsi altında beynəlxalq müqavilə üçün əsas ola bilər. Hesab edirəm ki, AQEM bu prosesə böyük töhfə verə bilər”, — o deyib.

Tokayev süni intellektin imkanlarının beynəlxalq hüquqi tənzimləmə mexanizmlərindən daha sürətlə inkişaf etdiyini bildirib və etimad tədbirlərinin rəqəmsal sahəyə də şamil olunmasına çağırıb.

“Mənim fikrimcə, AQEM mövcud beş fəaliyyət istiqamətinə süni intellekti də əlavə etməlidir”, - Qazaxıstan Prezidenti vurğulayıb.

O, Vaşinqtonda imzalandığını bildirdiyi sənədin iştirakçılarını və hüquqi statusunu açıqlamayıb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev böhranların qarşısının alınması üçün AQEM çərçivəsində preventiv diplomatiya mexanizminin yaradılmasını təklif edib.

“Praktik addım kimi preventiv diplomatiya mexanizmini işə salmağı təklif edirik. Sülhü böhranlar yaranmamışdan əvvəl qurmaq daha yaxşıdır”, — Tokayev  deyib.

Onun sözlərinə görə, böhranların qarşısının alınması artıq başlamış münaqişələrin idarə edilməsindən daha səmərəli və daha az xərc tələb edən yanaşmadır.

Tokayev bildirib ki, yeni mexanizm hər bir üzv dövlətə qərarların qəbulunda sistemli iştirak imkanı yaradacaq və siyasi bəyanatların əlaqələndirilmiş fəaliyyətə çevrilməsinə kömək edəcək.

O, AQEM-i BMT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində Asiyada və onun hüdudlarından kənarda fikir ayrılıqlarının aradan qaldırılmasında daha fəal rol oynamağa çağırıb. Mexanizmin strukturu və yaradılma müddəti açıqlanmayıb.

N.Təbrizli 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Реджеп Тайип Эрдоган поздравил Ильхама Алиева по случаю Дня Победы
Siyasət 18:01
Реджеп Тайип Эрдоган поздравил Ильхама Алиева по случаю Дня Победы
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Siyasət 14:18
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub
Siyasət 14:02
İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub
Prezident Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verib
Siyasət 13:31
Prezident Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verib
İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib
Siyasət 12:00
İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib
İlham Əliyev Qarabağ Universitetinin Kitabxanası və İnnovasiya Mərkəzinin təməlini qoyub - yenilənib
Siyasət 11:13
İlham Əliyev Qarabağ Universitetinin Kitabxanası və İnnovasiya Mərkəzinin təməlini qoyub - yenilənib
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Siyasət 21:19
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb
Siyasət 19:33
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb
İlham Əliyev və Mehriban Əliyeva Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər - yenilənib
Siyasət 18:20
İlham Əliyev və Mehriban Əliyeva Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol