Gömrük Komitəsi noyabrın 9-u və 10-da növbəli iş rejimində olacaq

Dövlət Gömrük Komitəsinin (DGK) aidiyyəti qurumları noyabrın 9-da və 10-da növbəli qaydada fəaliyyət göstərəcək.
Bu barədə Komitədən məlumat verilib.
Bildirilib ki, bu addım qarşıdan gələn qeyri-iş günlərində malların gömrük rəsmiləşdirilməsinin operativ təmin edilməsi məqsədi daşıyır.
























