• $
  • £

Restoranlarda toya hazırlıq: QİYMƏTLƏR QALXIR

Restoranlarda toya hazırlıq: QİYMƏTLƏR QALXIR
24.05.2021 21:57
2019-cu ilin sonunda COVID-19 virusunun yayılması bir çox ölkələrdə məhdudiyyətlərin tətbiq olunmasına səbəb oldu. Pandemiyanın geniş vüsət alması ilə artıq ikinci ildir ki, insanlar alışdıqları həyat tərzi ilə vidalaşıblar. 2020-ci il martın 16-dan etibarən pandemiya səbəbilə ölkəmizdə kütləvi məclislərin, o cümlədən də toyların təşkili qadağan edilib. Lakin dünya ölkələrində pandemiya davranışlarında qaydaların yumşaldılması ölkəmizdə açıq havada toy mərasimlərinin təşklini gündəmə gətirib. Vətəndaşlar böyük həyəcanla Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını gözləyir. Digər tərəfdən isə bir ildən artıq müddət keçdikdən sonra toyların bərpa olunması iaşə obyektlərində qiymət artımına səbəb olacağı barədə fikirlər yayılıb. Maraqlıdır, hazırlıqlar başlayıbmı? Qiymətlər necə olacaq?

Teleqraf.com məsələ ilə bağlı açıq havada fəaliyyət göstərən restoranların fikirlərini öyrənib.

Restoranlar ümumi olaraq bildirdilər ki, vətəndaşlar kimi onlar da Operativ Qərargahın qərarını gözləyirlər. Lakin aralarında hazırlıq görməyə başlayanlar da var.

"Çanaqqala Gənclik" restoranından bildirdilər ki, qəbul ediləcək qərara əsasən hazırlıq görüləcək: "Qiymət cədvəli ilə bağlı hər hansı tərtibat yoxdur. Hazırda restoranımız müştərilər qəbul edir, lakin toy və digər kiçik məclislər təşkil edilmir. Əvvəl qiymətlər standart banket qiymətləri 30-35 manat arasında dəyişirdi. Restoran qiymətlərimizdə artım etməmişik. Müraciət edənlər var, onlara da bildiririk ki, qərar qəbul olunduqdan sonra məlumat veriləcək".

"Kalyon Novxanı" restoranı yeni mövsümdən toylara hazırlaşdıqlarını bildirdi: "Soruşanlar var, lakin müştərilərə dəqiq məlumat verə bilmirik. Hazırda restoranımız açıq havada və qapalı məkan olaraq fəaliyyət göstərir. Lakin toy məclislərinin təşkili həyata keçirilmir. Toylarla bağlı qərar qəbul olunduqdan sonra qiymət cədvəli hazırlamağı düşünürük. Əvvəl qiymətlər 30-100 arasında dəyişib. Daha əvvəl restoranda toy təşkil edilməyib. Yeni mövsümdə toyların təşkilinə icazə verildiyi halda, bizdə də açıq havada toylar keçirilə bilər".

"Lake Palace" restoranı təmirdə olduqlarını və gəələn aydan toyların təşkilini gözlədiyini bildirdi: "Bir illik fasilədən sonra qiymətlərin necə olacağını bilmirik. Hər şey qəbul olunacaq qərardakı şərtlərə görə təyin olunacaq. 4 iyunda açılışa hazırlaşırıq. Rezerv etmək istəyən müştərilər var, qərar olmadığı üçün onlara da məlumat verə bilmirik".
Digər restoranlardan fərqli olaraq "Seabay Şıxov" restoranı 1 iyunda toy mərasiminə hazırlaşıqlarını dedi: "Restoranımızda hazırlıq işləri gedir. Vətəndaşlar arasında rezerv edənlər var. İnşallah 1 iyundan etibarən toylar başlayacaq. Qərarın rəsmi olaraq elan edilməsini gözləyirik. Adambaşı qiymət 55 manat təyin edilib. Qiymətlərimizdə artım yoxdur. Lakin ola bilər ki, 1 iyundan sonra qiymətlər artsın".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib
Mədəniyyət 14:19
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib
SAYBU karyerasının 10-cu ilində ilk albomunu təqdim edib — “Məcnun”
Mədəniyyət 17:12
SAYBU karyerasının 10-cu ilində ilk albomunu təqdim edib — “Məcnun”
Azərbaycan idmançıları iyulda beynəlxalq yarışlarda 206 medal qazanıblar
Mədəniyyət 13:07
Azərbaycan idmançıları iyulda beynəlxalq yarışlarda 206 medal qazanıblar
Milli Kitabxanada Azərbaycan Kinosu Günü ilə bağlı virtual kitab sərgisi təqdim olunub
Mədəniyyət 20:00
Milli Kitabxanada Azərbaycan Kinosu Günü ilə bağlı virtual kitab sərgisi təqdim olunub
Nəriman Həsənzadə dəfn edilib - Yenilənib
Mədəniyyət 12:26
Nəriman Həsənzadə dəfn edilib - Yenilənib
Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından üç il ötür
Mədəniyyət 16:23
Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından üç il ötür
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Cəmiyyət 15:10
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Nəriman Həsənzadə ilə vida mərasiminin yeri və vaxtı açıqlanıb
Cəmiyyət 11:22
Nəriman Həsənzadə ilə vida mərasiminin yeri və vaxtı açıqlanıb
Nəriman Həsənzadə vəfat edib
Mədəniyyət 08:50
Nəriman Həsənzadə vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol