Bakıda və iki rayonda ağacların qanunsuz kəsilməsi nəticəsində 136 700 manat ziyan dəyib
Bakı şəhərində, Ağsu və Şəmkir rayonlarında ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 136 700 manat məbləğində ziyan dəyib.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Məlumata görə, son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı ağacların qanunsuz kəsilməsi faktları Bakı şəhərinin Səbail rayonunun Bayıl qəsəbəsində Mikayıl Hüseynov prospektində, Yasamal rayonunda Mətbuat prospektində, Ağsu rayonunun Suraxanı kəndində və Şəmkir rayonunun Sabirkənd kəndində aşkar edilib.
Xidmətin məlumatına əsasən, hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından, hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.