• $
  • £

Bu fənndən ikinci imtahan keçiriləcək

Bu fənndən ikinci imtahan keçiriləcək
22.06.2021 09:28

Dövlət İmtahan Mərkəzi iyunun 24-də "Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə test imtahanı keçirəcək.


Mərkəzdən verilən məlumata görə, imtahan Bakı, Naxçıvan, Şəki, Xaçmaz və Gəncə şəhərlərində, ümumilikdə 12 binada aparılacaq.


İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.


İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:


- İmtahana buraxılış vərəqəsi;


- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);


- Şəxsiyyəti təsdiq edən sənədin əsli:


a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;


b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;


- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).


İmtahanda aşağıdakı kateqoriyaya aid olan abituriyentlər (11-ci sinif şagirdləri) iştirak edəcəklər.


1. Hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində tam (11 illik) orta təhsil səviyyəsi üzrə mayın 20-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən cari ilin məzunları. Bu şagirdlər buraxılış vərəqəsini verilən linkdən ( https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov) çap edirlər.


2. Mayın 20-də keçirilən imtahanda iştirak edib qeyri-məqbul (50 baldan aşağı toplayan) qiymət alan və ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, elektron ərizəsində imtahanda iştirak edəcəyi bölmə hissəsində "rus bölməsi”ni qeyd edən cari ilin abituriyentləri;


3. Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, elektron ərizəsində imtahanda iştirak edəcəyi bölmə hissəsində "rus bölməsi”ni qeyd edən əvvəlki illərin məzunları.


2-ci və 3-cü kateqoriyaya aid olan abituriyentlər isə imtahana buraxılış vərəqəsini bu linkdən ( https://eservices.dim.gov.az/brxv) çap edirlər.


İmtahanda ümumilikdə 2 432 (Bakıda 1936, Naxçıvanda 3, Gəncədə 250, Şəkidə 88, Xaçmazda 155) abituriyentin (şagirdin) iştirak nəzərdə tutulur.


İmtahanın idarə olunması üçün 12 ümumi imtahan rəhbəri, 31 imtahan rəhbəri, 221 nəzarətçi-müəllim, 24 buraxılış rejimi əməkdaşı (mühafizə), 12 bina nümayəndəsi ayrılıb.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bulvarda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib - Video
Cəmiyyət 19:32
Bulvarda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib - Video
Lənkəran meşəsində 16 yaşlı qız və 28 yaşlı oğlanın meyiti tapılıb
Cəmiyyət 17:40
Lənkəran meşəsində 16 yaşlı qız və 28 yaşlı oğlanın meyiti tapılıb
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Cəmiyyət 17:31
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Bir il əvvəl itkin düşən qadının qəsdən öldürüldüyü müəyyənləşdirilib
Cəmiyyət 17:17
Bir il əvvəl itkin düşən qadının qəsdən öldürüldüyü müəyyənləşdirilib
Azərbaycan həbsxanalarında ölüm statistikası
Cəmiyyət 16:23
Azərbaycan həbsxanalarında ölüm statistikası
“Azərsun Holdinq” günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq- Fotolar
Cəmiyyət 16:14
“Azərsun Holdinq” günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq- Fotolar
Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb
Cəmiyyət 16:01
Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb
Əfəndiyevin Cənubi Qafqazda sülhə dair məqaləsi EU Reporter-də dərc olunub
Cəmiyyət 14:55
Əfəndiyevin Cənubi Qafqazda sülhə dair məqaləsi EU Reporter-də dərc olunub
Azercell Böhran İdarəetmə Qrupu layihəsinin əhatə dairəsini genişləndirir
Cəmiyyət 14:45
Azercell Böhran İdarəetmə Qrupu layihəsinin əhatə dairəsini genişləndirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol