• $
  • €
  • ₽
  • ₺
  • £

ADO teatrı sosial şəbəklərdə bəyanat yayıb

ADO teatrı sosial şəbəklərdə bəyanat yayıb
24.06.2021 15:31
İyunun 23-ü ADO teatrı sosial şəbəklərdə bəyanat yayıb.

Bəyanatda bildirilib ki, iyulun 15-i Qış parkında teatr 9-cu sezonunu açacaq. Bununla bağlı, ölkənin müstəqil teatrı performans nümayiş etdirəcək.

Anews.az həmin bəyanatı təqdim edir:

"Hər il iyulun 15-i ADO üçün tarixi bir gündür. Bu il teatrın 8 yaşı tamam olur, 9-cu sezonunu açıq elan edir. Bu münasibətlə iyulun 15-i, saat 20:00-da Qış Parkında "Yeddinci Məkan" adlı performans nümayiş olunacaq. Teatr #ADOsezon9 "hashtag"ı altında küçə performanslarına start verir. Performanslar modern rəqs üzərindən qurulacaq. 

Bildiyiniz kimi, ADO küçə performansları nümayiş etdirmək üçün 3 ildir cəhdlər edir. Bununla bağlı Mədəniyyət Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət olunmuşdu. Nazirlik bu məsələyə meriyanın, meriya isə bu məsələyə nazirliyin baxdığını bildirirdi. Daha sonra teatr məhkəməyə müraciət etdi. Birinci instansiya məhkəməsi ilk öncə teatrın xeyrinə qərar çıxardı. Daha sonra meriya apellyasiya şikayəti verərək teatrın xeyrinə olan qərarı ləğv etdirdi. Bundan sonra teatr Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərdi. 

Eyni zamanda Milli Məclis bu məsələyə toxunmuş və qanunda bununla bağlı boşluq olduğunu etiraf etmişdi.


Ölkədaxili hüquqi prosedurlar yekunlaşdığı üçün küçə performanslarının nümayişinə start vermək qərarı aldıq.


Teatr iyulun 15-i, saat 20:00-da Qış Parkında nümayiş olunacaq performansla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi xəbərdarlıq edir.

Eyni zamanda Daxili İşlər Nazirliyinə müraciət edir ki,  performansın baş tutması və tamaşaçıların təhlükəsizliyi təmin olunsun. Həmçinin "Qış Parkı"ndan Akademik Teatr istiqamətindəki amfiteatr formalı fantanın saat 20:00-21:00 aralığında fəaliyyətinin dayandırılması xahiş olunur.

ADO "Yeddinci Məkan" performansı ilə tamaşaçıların qarşısına gəlir. 

Ölkəmizdə küçə incəsənətinin və müasir incəsənətin inkişafına dəstək olmaq istəyən hər kəslə #ADOsezon9 yeni mərhələsində, "Qış Parkı"nda "Yeddinci Məkan" performansında görüşmək ümidi ilə". 

ADO 9 illik fəaliyyətində 6 məkanda çalışıb. Bu illər ərzində ölkədə müasir incəsənət ənənəsi, müxtəlif tədbirlər, tamaşalarla çıxış edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Mədəniyyət 12:32
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox