• $ 1.7
  • € 2.012
  • ₽ 0.022055
  • ₺ 0.0391
  • £ 2.3318

Oxçuçayın çirkəndirilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edilib

Oxçuçayın çirkəndirilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edilib
30.06.2021 16:52
Bu gün Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin ofisində Azərbaycanda fəaliyyət göstərən bir neçə ekoloji təşkilatın rəhbərlərinin görüşü keçirilib.

Təşkilat rəhbərləri son aylar ərzində Ermənistan ərazisində fəaliyyət göstərən müəssisələrin Oxçuçay çayının ağır sənaye tullantıları ilə çirkləndirilməsi məsələsini müzakirə ediblər və problemlə bağlı ciddi narahatlıqlarını bildiriblər.

Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov tədbirdə çıxışı zamanı qeyd edib ki, Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay sanki sənaye tullantılarının kollektoru rolunu oynayır: "Bu sular təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir. Oxçuçayın Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına töküldüyünü nəzərə almaqla, onun çirklənməsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə birbaşa təsir göstərir. Araz çayı Kür çayının ən böyük sağ qolu olmaqla Ermənistanla digər transsərhəd çaydır və Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır”.

Tədbirdə çıxış edən digər ekoloji təşkilatların rəhbərləri də məsələ ilə bağlı ciddi narahatlıqlarını bildiriblər. Sonda dünyanın nüfuzlu ekoloji qurumlarına yaranmış təhlükəli vəziyyətlə əlaqədar müraciət ünvanlanıb.

Müraciətdə qeyd edilib ki, Oxçuçay çayı sənaye tullantıları ilə çirkləndirilərək yararsız hala gəlib. Erməni mədən sənayesinin fəal oyunçusu olan Almaniya şirkəti CRONİMET ətraf mühitin standartlarına uyğun çoxsaylı açıqlamalara baxmayaraq fəaliyyətinin ətraf mühitə təsirini davamlı olaraq nəzərə almır.

Oxçuçay su nümunəsi sınaqlarında ağır metalların, xüsusən mis, molibden, manqan, dəmir, sink və xromun yüksək miqdarı aşkar edilib. Suyun tərkibindəki ağır metalların miqdarı yalnız flüvial faunanı məhv etmir, həm də insan sağlamlığı üçün son dərəcədə təhlükəlidir.

Sənəddə bildirilir ki, Oxçuçayın çirkləndirilməsinin qarşısını almalıdır. Ümid edirik ki, dünyanın nüfuzlu ekoloji təşkilatlarına ünvanlanan müraciət cavabsız qalmayacaq.

Ekoloji təşkilatlar həm də Almaniyanın Azərbaycandakı səfirliyinə müraciət edərək məsələ ilə bağlı səfirlə görüşün keçirilməsini xahiş ediblər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Davosda İran XİN başçısının çıxışı ləğv edilib
Siyasət 17:49
Davosda İran XİN başçısının çıxışı ləğv edilib
İran XİN: Etirazçılarla bağlı edam planı yoxdur, ölənlərin sayı “yüzlərlədir”
Siyasət 10:49
İran XİN: Etirazçılarla bağlı edam planı yoxdur, ölənlərin sayı “yüzlərlədir”
Hindistan vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub
Siyasət 16:06
Hindistan vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub
Tramp beynəxalq siyasətdə özünü yüksək əxlaqlı şəxs adlandırıb
Siyasət 12:56
Tramp beynəxalq siyasətdə özünü yüksək əxlaqlı şəxs adlandırıb
Xamenei iranlıları birliyi qorumağa çağırıb
Siyasət 13:36
Xamenei iranlıları birliyi qorumağa çağırıb
“Tramp yolu”nun Rusiyanın iştirakı olmadan həyata keçirilməsi çətindir -Rusiya XİN
Siyasət 10:02
“Tramp yolu”nun Rusiyanın iştirakı olmadan həyata keçirilməsi çətindir -Rusiya XİN
Ermənistan parlament sədri Azərbaycana gəlməyə hazır olduğunu bəyan edib
Siyasət 14:58
Ermənistan parlament sədri Azərbaycana gəlməyə hazır olduğunu bəyan edib
Zelenski sabah Türkiyəyə səfər edəcək
Siyasət 12:39
Zelenski sabah Türkiyəyə səfər edəcək
Paşinyan: TRİPP layihəsi region üçün hamıya faydalıdır
Siyasət 11:13
Paşinyan: TRİPP layihəsi region üçün hamıya faydalıdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol