• $
  • €
  • ₽
  • ₺
  • £

Şeyxdən ona ünvanlanan ittihamlara - Cavab

Şeyxdən ona ünvanlanan ittihamlara - Cavab
25.07.2021 20:00
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadənin "Xameneinin fətvası qələbəmizin carçısı idi” bəyanatından sonra ona ünvanlanan ittihamlara cavab verib.

Anews.az  məsələ ilə bağlı Şeyxin gununsesi.info-ya müsahibəsini təqdim edir:
– Doğurdanmı, siz hesab edirsiniz ki, torpaqlarımızın  işğaldan azad olunmasında Xameneinin fətvası rolu oldu?

– Mən təəssüf edirəm ki, çıxışımı yanlış, təhrif edilmiş formada cəmiyyətə təqdim ediblər. Mən hər şeydən əvvəl din xadimi kimi danışmalıyam. Din xadimu olmayan istənilən müsəlman belə bu cür ifadələrdən istifadə edir.
Ordumuzun, Ali Baş Komandanımızın uğurlarını necə deməmək olar?
Məni ittiham edənlər o çıxışıma tam baxsınlar.
– Yəqin ki, Ərdoğanın müşavirinin dediklərindən də xəbəriniz var…
– Bəli, mən bunu eşitdim. O adamın dindən xəbəri yoxdur. Bu adam öz çıxışı ilə Azərbaycan və Türkiyə arasında olan qardaşlıq münasibətlərinə kölgə salır.
Deyir ki, İran Ermənistana raket göndərir.  Mən raketdən danışmamışam, Allahdan danışmışam, duadan danışdım.
Onun cümləsində belə bir fikir var idi ki, İran Ermənistana silah göndərir. Axı, sənin sübutun varmı? Prezident deyir ki, yox. Azərbaycan prezidentinin, onun köməkçisi  Hikmət Hacıyevin çıxışında deyilib ki,   belə bir şey olmayıb. Nə Gürcüstandan, nə də İrandan Ermənistana silah yardımı olmayıb.
– İrandan gedən yük maşınlarının görüntüsü də yayılmışdı…
– Mən hansısa sosial şəbəkədə yayılmış şəkillərə yox, Prezidentimin dediklərinə inanıram.
Sənin əgər başqa bir mənbən varsa, onu açıqlamaq lazımdır. Onu biz məhkəməyə verə bilərik ki, sən açıqla görüm,  bunu hardan götürmüsən.
– Şeyx həzrətləri, zaman-zaman adınızı İranın adamı kimi hallandırıblar. Bu idialara necə yanaşırsınız?
– Mən heç vaxt heç kimin qucağında olmamışam. Məni ittiham edənlər çalışır ki, ölkədə sünni-şiə qarşıdurması yaratsın. Bu, başqa maraqlardan doğur. Hər şeyin fərqindəyik. Mən din adamıyam,  nə İranın, nə də Türkiyənin adamı deyiləm.
Azərbaycanın vətəndaşıyam. Həyatım boyu dəfərlərlə mən bunu sübut etmişəm , ömrümü  düzgün yaşamışam.  Amma bəzi adamlar siyasi formada bundan istifadə etmək istəyirlər.
İran da bizim qonşumuzdu. Türkiyə də eyni qaydada qonşumuzdu.
Türkiyə bizim həm də yaxın qardaşımız dostumuz, həmişə bizim yanımızda olan dövlətdir.
İran da bizə dost dövlətdir, bunu deyən mən deyiləm, bunu deyən dövlətimin başçısıdır. Orda 30 milyona yaxın bizim soydaşlarımız var, biz onlarla əlaqə saxlamalıyıq və onlarla münasibətimiz olmalıdır.
İranın lap belə səhvi olsa belə, onunla düşmənçilik etməməliyik.  Elə adamlar var. Onlar  maraqlıdır ki, İranı Ermənistana tərəf itələyək. Bizim siyasətimizdə İranı özümüzə yaxın eləmək var. Onu yaxın etmək də o demək deyil ki, Azərbaycanı onların qucağına veririk. Siyasi baxımdan biz dost olmalıyıq, münasibətdə olmalıyıq.
– Türkiyənin bu müharibədəki xüsusi rolunu, bizə dəstəyini qəbul edirsinizmi?
– Əlbəttə, edirəm. Ona görə söhbətimizin əvvəlində dedim ki, çıxışımı tam dinləsinlər.
Mən orda əvvəlcə Türkiyə dövləti və onun başçısı Ərdoğan həzrətlərinə təşəkkürümü bildirdim. Başqa cür ola da bilməz. Yəni, mən bunu istəsəm də olmaz.
Fətva söhbətini  sırf mənəvi baxımdan demişəm.
Hamımız müsəlman kimi gündəlik həyatımızda ” Allah kömək olsun” "Duaçıyam” və sair kimi sözlərdən istifadə edirik.
Mən də din adamıyam,  siyasi adam deyiləm. Allahdan danışmışam. Paralel olaraq da  Hikmət Hacıyevin çıxışından heç bir addım da o tərəfə çıxmamışam. Xameneinin fətvası  ordumuza dəstək anlamında qəbul olunmalıdır. Bu sözlər Ermənistana gözdağı idi.
Bir daha qeyd edim ki, bəzi qüvvələr istəyir ki, Türkiyə, İran və Azərbaycan arasında bir münaqişə salsın.  Mən elə bilirəm ki burda Ermənistanın barmağı var. Ermənistanın barmağı olmasa da ermənipərəstlərin barmağı var. Mən ömür boyu həm sunnilərin, həm də şiələrin rəhbəri olmuşam, onlar məni  ağsaqqal kimi qəbul edirlər.
Mənim gəlinim türkdür. Evimdə türklər yaşayır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"28 May" metrosunun yaxınlığında 200-dən çox şəxsin saxlanıldığı bildirilir
Cəmiyyət 22:32
"28 May" metrosunun yaxınlığında 200-dən çox şəxsin saxlanıldığı bildirilir
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 21:33
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq
Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib
Cəmiyyət 21:11
Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb
Cəmiyyət 21:09
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb
Cəmiyyət 20:58
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib
Cəmiyyət 20:55
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib
Azərbaycan və Rumıniya qiymətləndiriciləri əməkdaşlıq memorandumu hazırlayır
Cəmiyyət 20:13
Azərbaycan və Rumıniya qiymətləndiriciləri əməkdaşlıq memorandumu hazırlayır
Media və Yayım Şurası sosial şəbəkələrdə koordinasiyalı fəaliyyət barədə xəbərdarlıq edib
Cəmiyyət 19:21
Media və Yayım Şurası sosial şəbəkələrdə koordinasiyalı fəaliyyət barədə xəbərdarlıq edib
Vüsal Nəsirli Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Cəmiyyət 19:10
Vüsal Nəsirli Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol