• $
  • £

Naxçıvanda ər işləmək istəyən arvadını boşadı

Naxçıvanda ər işləmək istəyən arvadını boşadı
28.07.2021 20:46
Naxçıvanda kişi iş axtaran həyat yoldaşından boşanıb.

"Qafqazinfo” xəbər verir ki, Şahbuz rayon sakini Elnur Əliyev məhkəməyə müraciət edərək həyat yoldaşı Fərqanə Əliyevadan boşanmaq istədiyini bildirib.

Məhkəmədə boşanmasının səbəbini izah edərkən Elnur Əliyev bildirib ki, Fərqanə onu saymadığı üçün ayrılır: "2016-cı ildə ailə qurmuşuq, amma 2018-ci ildə rəsmi nikaha daxil olduq. İki övladımız var. Fərqanə ilə ailə qurandan sonra təxminən bir-iki il normal yola gedirdik, sonradan münasibətlərimiz tamamilə pozuldu. Buna səbəb isə Fərqanənin məni saymaması, məni eşitməməsi və özbaşına iş axtarmasıdır. Fərqanə məndən xəbərsiz anası evinə gedirdi. Ona mobil telefon işlətməməsini deyirdim, amma buna əhəmiyyət vermirdi. Buna görə də aramızda mübahisə yaranırdı. Sonra Fərqanə evi tərk etdi. Mən də artıq boşanmaq qərarına gəldim”.

E.Əliyev qeyd edib ki, ötən ilin noyabrın 8-dən bəri ayrı yaşayırlar, uşaqlar da analarının yanında qalır: "Bu müddət ərzində uşaqlara hər-hansı maddi yardım etməmişəm. Fərqanənin tələb etdiyi kimi, bir uşağa görə 170 manat alimenti  ödəyə bilməyəcəm. Fəhlə işləyirəm, 230 manat maaş alıram. Hər uşaq üçün 100 manat miqdarında aliment ödəyə bilərəm”.

Məhkəmədə sualları cavablandıran Fərqanə Əliyeva bildirib ki, Elnur ilə münasibəti son bir neçə aydır pozulub: "Buna səbəb isə Elnurun son zamanlar çox spirtli içki qəbul etməsidir. Sonuncu dəfə Elnurdan icazə alıb anamgilə getdim, amma evə qayıtdıqdan sonra Elnurla onun anası məni evdən qovdular. Buna görə mübahisə etdik, Elnur mənə "bizdən ailə olmaz. Səninlə birlikdə yaşamaq istəmirəm”, - dedi. Bundan sonra ayrı yaşamağa başladıq, uşaqlar isə mənimlə qalır”.
Məhkəmə onların tələbini nəzərə alaraq boşanma barədə qərar çıxarıb. Uşaqların ananın yanında qalmasına, atanın isə hər uşağa görə aylıq 115 manat aliment ödəməsinə qərar verilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Beyləqanda qadın su kanalında batıb
Cəmiyyət 22:24
Beyləqanda qadın su kanalında batıb
Türkiyədə axtarışda olan şəxs Bakıda saxlanılaraq ölkəsinə qaytarılıb
Cəmiyyət 19:04
Türkiyədə axtarışda olan şəxs Bakıda saxlanılaraq ölkəsinə qaytarılıb
Bakıda mağazadan oğurluq edən şəxs saxlanılıb
Cəmiyyət 18:03
Bakıda mağazadan oğurluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 15:30
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yayıb
Cəmiyyət 14:10
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yayıb
Bardənin üç kəndində qaz olmayacaq
Cəmiyyət 13:29
Bardənin üç kəndində qaz olmayacaq
Sabah Bakıda külək əsəcək, rayonlarda leysan olacaq - PROQNOZ
Cəmiyyət 12:57
Sabah Bakıda külək əsəcək, rayonlarda leysan olacaq - PROQNOZ
İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
Cəmiyyət 12:24
İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
Bölgələrdə leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA
Cəmiyyət 12:13
Bölgələrdə leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol