• $
  • £

Qəddafinin oğlunun prezidentliyə namizədlik ərizəsi rədd edildi

Qəddafinin oğlunun prezidentliyə namizədlik ərizəsi rədd edildi
24.11.2021 20:18
Liviyanın devrilmiş lideri Müəmmər Qəddafinin oğlu Seyfulislam Qəddafinin prezident seçkilərində namizədliyi ilə bağlı müraciəti rədd edilib.

"Qafqazinfo” xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən Liviya rəsmisi "Anadolu” agentliyinə bildirib.
"Liviya məhkəmə sistemi S.Qəddafinin 24 dekabr prezident seçkiləri üçün namizədlik ərizəsini rədd edib. O, haqqındakı məhkəmə qərarının ləğvi ilə bağlı sənəd təqdim edə bilməyib”, - mənbə bildirib.

Qeyd edək ki, Qəddafi noyabrın 14-də Ali Seçki Komissiyasının Sebha şəhərindəki şöbəsinə şəxsən gedib və prezident seçkilərində rəsmi namizədliyini irəli sürmək üçün müraciət edib.

Xatırladaq ki, Seyfulislam Qəddafi insanlığa qarşı cinayətlərə görə Beynəlxalq Cinayət Məhkəməsi (ICC) tərəfindən axtarışa verilib.
Liviya Hərbi Baş Prokurorluğu da Seyfulislam üçün "qətl” və "muzdlulardan istifadə” ittihamları ilə həbs qərarı vermişdi.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Makron Ermənistana səfər edib
Dünya 21:45
Makron Ermənistana səfər edib
İsveç Baltik dənizində Rusiyanın "kölgə donanması"a aid tankeri saxlayıb
Dünya 20:33
İsveç Baltik dənizində Rusiyanın "kölgə donanması"a aid tankeri saxlayıb
Avropa İttifaqının nümayəndə heyəti İrəvana səfər edib
Dünya 20:17
Avropa İttifaqının nümayəndə heyəti İrəvana səfər edib
ABŞ hərbçiləri Mərakeşdə itkin düşdü
Dünya 18:55
ABŞ hərbçiləri Mərakeşdə itkin düşdü
Zelenski İrəvana səfər edib
Dünya 16:20
Zelenski İrəvana səfər edib
“Konqres Trampın daha bir addımını bloklaya bilər” –“Fox News”
Dünya 14:48
“Konqres Trampın daha bir addımını bloklaya bilər” –“Fox News”
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Dünya 23:59
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Dünya 21:30
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Dünya 14:30
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol