• $
  • €
  • ₽
  • ₺
  • £

Parlament Avropa Parlamenti ilə əlaqələri dayandırır

Parlament Avropa Parlamenti ilə əlaqələri dayandırır
01.05.2026 12:07

Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamenti ilə bütün əməkdaşlıq əlaqələrinin dayandırılması barədə qərar qəbul edib.

Milli Məclis bildirib ki, Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərdə “beynəlxalq hüquq normalarına və ədalət prinsipinə uyğun mövqe sərgiləməyib” və xüsusilə Ermənistanla münaqişə dövründə baş verən hadisələrə “lazımi qiymət verməyib”.

Qərara əsasən,  Milli Məclisin Avropa Parlamenti ilə bütün formatlarda əməkdaşlığı dayandırılır,
Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi çərçivəsində iştirak dayandırılır,
Avronest Parlament Assambleyası ilə bağlı üzvlüyə xitam verilməsi proseduruna başlanılır və bu müddətdə Azərbaycan nümayəndə heyəti tədbirlərdə iştirak etməyəcək.

Bəyanatda qeyd olunur ki, 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsindən sonra Avropa Parlamenti Azərbaycan əleyhinə “çoxsaylı qətnamələr qəbul edib” və bu sənədlərdə “qərəzli yanaşma və əsassız ittihamlar yer alıb”.

Milli Məclis əlavə edib ki, bu addım regionda sülh və sabitlik proseslərinə “maneə yaradan yanaşmalara cavab” kimi qiymətləndirilməlidir.

Qətnaməyə 114 deputat lehinə səs verib, bir nəfər bitərəf qalıb. 

Avropa Parlamenti cümə axşamı Ermənistanın demokratik dayanıqlığının dəstəklənməsinə dair qətnamə qəbul edərək, Azərbaycanla bağlı bir sıra tənqidi müddəalar irəli sürüb. Rəsmi Bakı buna etiraz olaraq Avropa İttifaqının Bakıda səfirinə etiraz notası təqdim edib. 

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol