İlk qadın Baş nazir idi, bir neçə saat sonra istefa verdi
Bu gün İsveçdə Baş nazir seçilən Sosial Demokrat İşçi Partiyasının lideri Maqdalena Andersson axşam saatlarında istefa verib.
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, cəmi bir neçə saat hökumətin başçısı olub.
İsveç hökumətinin büdcə layihəsi parlamentdəki səsvermədə səs çoxluğu qazana bilməyib. Deputatların əksəriyyəti müxalifətin təklif etdiyi layihəni dəstəkləyib.
M. Andersson 2014-cü ildən İsveçin maliyyə naziri vəzifəsində çalışır. Ölkənin əvvəlki baş naziri Stefan Leuven noyabrın əvvəlində istefa verib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox