• $
  • £

Mişustin niyə Paşinyanla görüşməkdən imtina edib?

Mişustin niyə Paşinyanla görüşməkdən imtina edib?
25.11.2021 13:19
Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Baş nazirləri noyabrın 18-dən 20-nə qədər Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Ermənistanın paytaxtı İrəvanda bir araya gəlmişdilər. İclas çərçivəsində bir sıra görüşlər keçirildi və sənədlər imzalandı. Lakin maraqlıdır ki, nə Ermənistan, nə də Rusiya mediasında iki ölkənin Baş nazirləri Nikol Paşinyan və Mixail Mişustin arasında ikitərəfli görüşün keçirilməsinə dair heç bir məlumat yayımlanmayıb.
"Qafqazinfo” "Hraparak” qəzetinə istinadən xəbər verir ki, Paşinyan və onun komandası bu görüşün baş tutması üçün çoxlu səy göstərib. Paşinyanın rusiyalı həmkarı ilə müzakirə edəcək bir sıra mövzuları olsa da, ona nəzakətlə rədd cavabı verilib.
Qəzet yazır ki, Mişustin cansıxıcı və addımlarını əvvəlcədən təxmin etmək olan Paşinyanla görüşməkdənsə, caz klubu və bir sıra digər yerləri ziyarət etməyi üstün tutub. "Hraparak” iddia edir ki, Rusiyanın Baş nazirinin Paşinyanla görüşdən imtina etməsi üçün öz səbəbləri olub. 

Belə ki, Mişustinin Paşinyanla görüşdən imtina etməsinə səbəb onun Ermənistana səfərindən cəmi bir neçə gün əvvəl keçirilən və növbəti dəfə anti-Rusiya şüarlarının səsləndirildiyi etiraz aksiyaları olub. İrəvan bu dəfə də öz uğursuzluqlarında Rusiyanı günahlandırmağa çalışıb. 
Qəzetin fikrincə, Kreml bu etirazların birbaşa Nikol Paşinyanın göstərişi ilə təşkil olunduğuna əmindir və Rusiya, hətta Ermənistanın Baş nazirindən Ermənistan parlamentinin müdafiə məsələləri üzrə daimi komissiyasının sədri Andranik Koçaryanı vəzifəsindən uzaqlaşdırmağı tələb edib. Belə ki, Moskva Koçaryanı həmin gün Rusiya əleyhinə "isteriyanın” koordinatorlarından biri hesab edir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Makron Ermənistana səfər edib
Dünya 21:45
Makron Ermənistana səfər edib
İsveç Baltik dənizində Rusiyanın "kölgə donanması"a aid tankeri saxlayıb
Dünya 20:33
İsveç Baltik dənizində Rusiyanın "kölgə donanması"a aid tankeri saxlayıb
Avropa İttifaqının nümayəndə heyəti İrəvana səfər edib
Dünya 20:17
Avropa İttifaqının nümayəndə heyəti İrəvana səfər edib
ABŞ hərbçiləri Mərakeşdə itkin düşdü
Dünya 18:55
ABŞ hərbçiləri Mərakeşdə itkin düşdü
Zelenski İrəvana səfər edib
Dünya 16:20
Zelenski İrəvana səfər edib
“Konqres Trampın daha bir addımını bloklaya bilər” –“Fox News”
Dünya 14:48
“Konqres Trampın daha bir addımını bloklaya bilər” –“Fox News”
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Dünya 23:59
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Dünya 21:30
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Dünya 14:30
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol